Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2010-cu il 8 yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Məktəbə hazırlığın
təşkili Qaydaları”nda
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı ¹ 404
¹ 404
Bakı şəhəri,
11 oktyabr 2016-cı il
“Təhsil haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına
əsasən və Azərbaycan Respublikası
Təhsil Nazirliyinin təklifini nəzərə
alaraq Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 8 yanvar tarixli 4 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2010, N1, maddə 50) ilə
təsdiq edilmiş “Məktəbə hazırlığın
təşkili Qaydaları”nın
4-cü hissəsinin mətni
aşağıdakı redaksiyada
verilsin:
“4.1. Uşaqların məktəbə
hazırlığının səmərəliliyini artırmaq
üçün təlim
məşğələlərində müxtəlif formalı inkişafyönlü didaktik
oyunların tətbiqi
prioritet hesab olunur.
4.2. Məktəbəhazırlıq qruplarında həftə ərzində 12 məşğələ
təşkil edilir. O cümlədən:
Məşğələlər
Kütləvi qruplarda
Azsaylı xalqların uşaqlarından
ibarət qruplarda
Ətraf
aləmlə tanışlıq
1 1
Savad təliminə hazırlıq
və nitq inkişafı 2 4
Bədii
təfəkkürün inkişafı 1 1
Məntiqi və riyazi təfəkkürün inkişafı 2
2
Təsviri fəaliyyət 2 1
Musiqi 2 1
Fiziki mədəniyyət 2 2
4.3. Məktəbəhazırlıq qruplarında bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilir. Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir.”.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2016.- 14 oktyabr.- S.2.