Bakı və Gəncə şəhərlərində
yerləşən ilk peşə-ixtisas
təhsili müəssisələri
şəbəkəsinin rasionallaşdırılması
və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki
qurumların Siyahısı”nda
dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı ¹ 405
¹ 405 Bakı şəhəri,
11 oktyabr 2016-cı il
Azərbaycan Respublikası Prezidentinin
2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə
təsdiq edilmiş “Azərbaycan Respublikasında
təhsilin inkişafı
üzrə Dövlət
Strategiyası”nın 4.2-ci və
4.4-cü bəndlərinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikası
Təhsil Nazirliyinin təkliflərinə əsasən
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Dövlət
Dəmir Yolu Liseyi və 2 nömrəli Bakı Peşə Məktəbi birləşdirilsin və onların bazasında Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradılsın.
2. 1 nömrəli Bakı Peşə Liseyi, 12 nömrəli Bakı Peşə Liseyi, 17 nömrəli Bakı Peşə Liseyi, 10 nömrəli Bakı Peşə Məktəbi birləşdirilsin və onların bazasında Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradılsın.
3. 4 nömrəli Bakı Peşə Liseyi, 14 nömrəli Bakı Peşə Liseyi, 12 nömrəli Bakı Peşə Məktəbi birləşdirilsin və onların bazasındaTexnika
və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradılsın.
4. 2 nömrəli Bakı Peşə Liseyi, 5 nömrəli Bakı Peşə Liseyi, 1 nömrəli Bakı Peşə Məktəbi birləşdirilsin və onların bazasında Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradılsın.
5. 6 nömrəli Bakı Peşə Liseyi və 9 nömrəli Bakı Peşə Liseyi birləşdirilsin və onların bazasında Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradılsın.
6. Bakı Kompüter
Peşə Liseyi və 7 nömrəli Bakı Peşə Liseyi birləşdirilsin və onların bazasında Rabitə və İnformasiya Texnologiyaları üzrə
Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradılsın.
7. 8 nömrəli Bakı Peşə Liseyi və 7 nömrəli Bakı Peşə Məktəbi birləşdirilsin
və onların bazasında Tikinti və Quraşdırma İşləri üzrə
Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradılsın.
8. 15 nömrəli Bakı Peşə Liseyi, 5 nömrəli Bakı Peşə Məktəbi və 13 nömrəli Bakı Peşə Məktəbi birləşdirilsin
və onların bazasında Mədəniyyət
və Sənətkarlıq
üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradılsın.
9. 16 nömrəli Bakı Peşə Liseyi və 14 nömrəli Bakı Peşə Məktəbi birləşdirilsin
və onların bazasında Dəniz Nəqliyyatı, Gəmiqayırma
və Liman İşləri üzrə
Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradılsın.
10. 18 nömrəli Bakı Peşə Liseyi və 3 nömrəli Bakı Peşə Məktəbi birləşdirilsin
və onların bazasında İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradılsın.
11. 6 nömrəli Bakı Peşə Məktəbinin
bazasında Aviasiya və Avtomobil Nəqliyyatı üzrə
Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradılsın.
12. 1 nömrəli Gəncə
Peşə Liseyi, 2 nömrəli Gəncə
Peşə Liseyi və 3 nömrəli Gəncə Peşə Məktəbi birləşdirilsin
və onların bazasında Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi yaradılsın.
13. 3 nömrəli Gəncə
Peşə Liseyi, 1 nömrəli Gəncə
Peşə Məktəbi
və 2 nömrəli
Gəncə Peşə
Məktəbi birləşdirilsin
və onların bazasında Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi yaradılsın.
14. Bu qərarın 1-13-cü hissələri
ilə yaradılan Dövlət Peşə Təhsil mərkəzlərinin
maliyyələşdirilməsi Azərbaycan Respublikası
dövlət büdcəsinin
mərkəzləşdirilmiş xərclərinin “Təhsil”
bölməsində Azərbaycan
Respublikasının Təhsil
Nazirliyi üçün
nəzərdə tutulmuş
vəsait hesabına həyata keçirilsin.
15. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2011, N 7, maddə
745, N 10, maddə 969, N 12, maddələr
1241, 1245; 2012, N 3, maddə 257, N 4, maddə 399, N 6, maddələr
633, 634, N 12, maddə 1346; 2013, N 6, maddə 775, N 9, maddə
1130; 2014, N 1, maddə 72, N 2, maddə 214, N 6, maddə
751, N 7, maddə 907, N 9, maddə
1120; 2015, N 3, maddə 336, N 6, maddə 807, N 8, maddə
966, N 10, maddələr 1226, 1229, N 12, maddə 1571; 2016, N 1, maddə
176, N 2, (II kitab), maddə
373, N 3, maddə 622, N 5, maddə
957, N 6, maddə 1209) ilə
təsdiq edilmiş “Azərbaycan Respublikası
Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın
“İlk peşə-ixtisas
təhsili müəssisələri”
bölməsində aşağıdakı
dəyişikliklər edilsin:
15.1.
4-cü, 5-ci, 11-ci, 13-cü, 15-ci, 18-ci, 21-ci, 51-54-cü,
56-60-cı, 68-70-ci hissələr ləğv edilsin;
15.2. 1-ci,
3-cü, 6-10-cu, 16-cı, 17-ci, 19-cu, 20-ci, 22-ci və
55-ci hissələr aşağıdakı
redaksiyada verilsin:
“1. Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
3. Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
6. Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
7. Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
8. Sənaye və İnnovasiyalar üzrə
Bakı Dövlət Peşə Təhsil Mərkəzi
9. Rabitə və İnformasiya Texnologiyaları
üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
10. Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
16. Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
17. Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
19. İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
20. Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi
22. Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi
55. Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi”.
16. Müəyyən edilsin ki, bu qərarın 1-13-cü hissələri ilə yaradılan Dövlət Peşə Təhsil mərkəzləri peşə liseyi statusu ilə fəaliyyət göstərirlər.
17. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2016.- 14 oktyabr.- S.2.