“İlham
Əliyev. İnkişaf - məqsədimizdir”
çoxcildliyinin otuzuncu
cildi çapdan
çıxıb
“Biz müstəqillik baxımından gənc ölkəyik, lakin tariximiz və mədəniyyətimiz çox zəngindir. Əlbəttə ki, ölkəmizin bugünkü sürətli inkişafı, siyasi islahatlar, beynəlxalq birliyə inteqrasiya vacibdir. ... Hazırda iqtisadi göstəricilərimiz çox ümidvericidir. İqtisadi artım ən yüksək səviyyədədir.
Lakin bu regionda problemlər və narahatlıq doğuran məsələlər də var. Əsas məsələ isə Ermənistan ilə Azərbaycan arasında həll olunmamış münaqişədir. Uzun illərdir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalır. Torpaqlarımızın işğal altında qalması qəbuledilməzdir. Biz bu münaqişəni sülh yolu ilə həll etməyə çalışırıq, lakin məsələ yalnız beynəlxalq hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycanın bütün əraziləri, o cümlədən Dağlıq Qarabağ erməni işğalçı qüvvələrindən azad edilməlidir”.
AZƏRTAC xəbər verir ki, yenicə çapdan çıxmış “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 30-cu cildində yer alan bu fikirlər dövlətimizin başçısının 2008-ci il mayın 12-də İsveçrə Konfederasiyasının Prezidenti Paskal Kuşpenin şərəfinə rəsmi qəbulda söylədiyi nitqindən götürülüb.
Çoxcildliyin bu kitabına daxil olan materiallar
2008-ci ilin aprelindən
iyunadək olan dövrü əhatə edir.
Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri
akademik Ramiz Mehdiyevin buraxılışına
məsul olduğu çoxcildliyin bu nəşrində dövlətimizin
başçısının Ukraynaya rəsmi səfəri zamanı Ukrayna Prezidenti ilə danışıqlarına,
Taras Şevçenko adına Kiyev Milli Universitetinin Fəxri doktoru diplomu ilə təltif olunmasına, Kiyevdə “Naməlum əsgər” abidəsini, ümummilli lider Heydər Əliyevin abidəsini ziyarətinə,
Enerji Təhlükəsizliyi
Məsələlərinə həsr olunmuş Sammitdə iştirakına,
Finlandiyaya rəsmi səfərinə, Finlandiya
Prezidenti, parlamentin sədri, Paaskivi Cəmiyyətinin üzvləri
ilə görüşlərinə
dair materiallar yer alıb.
Bu cilddə dövlətimizin
başçısının ölkəmizə səfərə
gəlmiş Moldova Prezidenti
Vladimir Voronin, İordaniya
kralı II Abdullah, İsveçrə
Konfederasiyasının Prezidenti
Paskal Kuşpen və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla, habelə
Litvanın, Rusiya Federasiyasının, ABŞ-ın,
Türkiyənin, Norveçin,
Slovakiyanın, İranın,
İsrailin, Böyük
Britaniyanın və digər ölkələrin
rəsmi nümayəndələri,
beynəlxalq təşkilatlarda
yüksək vəzifəli
şəxslər, Nobel Xeyriyyə
Fondunun prezidenti ilə görüşlərinə
dair materiallar toplanıb.
Nəşrdə dövlətimizin başçısının Azərbaycanın yəhudi icmasına milli hüzn günü ilə bağlı müraciəti, Pravoslav Xristian icmasına Pasxa bayramı münasibətilə müraciəti, eləcə də bəyanatları, çıxış və nitqləri, məktubları da əksini tapıb.
Prezident İlham Əliyevin respublikamızda aparılan quruculuq işləri ilə yaxından tanışlığına, regionların sosial-iqtisadi inkişafı proqramının həyata keçirilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikasına səfəri zamanı burada turizm və idman mərkəzlərinin, məişət obyektlərinin, xəstəxana və digər mədəniyyət ocaqlarının açılışında iştirakına dair, bu ərəfədə Naxçıvan Muxtar Respublikasına səfərə gəlmiş Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla iki qardaş dövlət arasında əlaqələrin inkişafı istiqamətində apardığı müzakirələrə və bir çox digər məsələlərə aid materiallar da bu cilddə yer alıb.
Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də daxil edilib.
“Azərnəşr” tərəfindən
buraxılan 30-cu cildin hazırlanmasında
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) materiallarından
istifadə olunub.
Azərbaycan.-2016.- 14 oktyabr.- S.2.