Azərbaycan növbəti mötəbər beynəlxalq tədbirə evsahibliyi edəcək

“Dayanıqlı İnkişaf üçün Enerji” 7-ci Beynəlxalq Bakı Forumunun əsas məqsədi qlobal şəraitdə ölkələrin inkişafına töhfə verməkdir

 

Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə - müasirlikdir, yenilikdir, ekoloji cəhətdən təmiz texnologiyadır. Bu, bizim gələcəyə baxışımızdır.

İlham ƏLİYEV

 

Azərbaycan 25 ildir ki, müstəqil ölkədir. Bu illər ərzində Azərbaycan iqtisadi, siyasihumanitar sahələrlə yanaşı, innovativ istiqamətlərdə böyük uğurlar əldə edib. Belə istiqamətlərdən birialternativ və bərpa olunan enerji mənbələridir. Təsadüfi deyil ki, son illərdə müxtəlif sahələr üzrə nüfuzlu beynəlxalaq tədbirlərə yüksək səviyyədə evsahibliyi edən Azərbaycan bu dəfə qlobal miqyasda Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində dünya ölkələrinə töhfə verəcək. “Dayanıqlı İnkişaf üçün Enerji” 7-ci Beynəlxalq Forumu 18-21 oktyabr 2016-cı il tarixində məhz Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək. Forum Azərbaycan hökuməti və BMT-nin Avropa İqtisadi Komissiyasının (AİK) birgə təşkilatçılığı ilə baş tutacaq.

“Dayanıqlı İnkişaf üçün Enerji” 7-ci Beynəlxalq Forumunun ölkəmizdə keçirilməsi heç də təsadüfi deyil. 2004-cü ildə bərpa olunan enerji mənbələri hesabına yeni enerji güclərinin yaradılmasını təmin etmək məqsədilə qəbul olunmuş “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı” Azərbaycanda enerji istehsalında mənbələrin diversifikasiyasına və dayanıqlı enerji təminatına şərait yaratmışdır. Sahə üzrə fəaliyyətin tənzimlənməsi və müvafiq infrastrukturun yaradılması üçün Prezident İlham Əliyevin fərmanı ilə 2009-cu ildə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin əsası qoyulmuş və 2013-cü ildə agentliyə mərkəzi icra hakimiyyəti orqanı statusu verilmişdir. Həmin vaxtdan etibarən agentlik ölkədə alternativ və bərpa olunan enerji, həmçinin ondan səmərəli istifadə edilməsi sahəsində dövlət siyasətini və tənzimlənməsini, Alternativ və Bərpa Olunan Enerji Mənbələri (ABOEM) üzrə fəaliyyətin səmərəli təşkilini, bu sahədə fəaliyyətin əlaqələndirilməsini və dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi fəaliyyətə başladı.

Agentlik artıq müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak edirbu siyasətin həyata keçirilməsini, həmçinin alternativ və bərpa olunan enerji sahəsinin inkişafını və infrastrukturun yaradılmasını, iqtisadiyyatdasosial sahələrdə alternativ və bərpa olunan energetikanın tətbiqini, ABOEM üzrə enerji istehsalı, enerji istehlakı və enerji effektivliyi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin edir, sahə üzrə dövlət uçotunu və dövlət kadastrını aparır.

Enerji resurslarına olan tələbatın daim artması, ənənəvi enerji resurslarının məhdudluğu, karbohidrogen ehtiyatlardan istifadə ilə əlaqədar qlobal iqlim şəraitinə mənfi təsirlər dünyada ABOEM-dən istifadəni zəruri edib. Zəngin karbohidrogen ehtiyatlarına malik ölkəmiz qloballaşan dünyada öz enerji siyasətini davamlı inkişafı təmin etmək istiqamətində qururburada əsas məqsədlərdən biri karbohidrogen ehtiyatlarına maksimum qənaət olunması hesabına neftqaz məhsullarının ixrac potensialının artırılması ilə yanaşı, ətraf mühiti qorumaqmövcud yerli resurslardan istifadə etməklə ölkəmizin enerjiyə olan tələbatını ödəməkdir.

 

İldə 1 milyon ton karbon tullantılarının atmosferə atılmasının qarşısı alınıb

 

Yuxarıda qeyd olunan amillər sırasında ABOEM-in tətbiqi hesabına qlobal iqlim rejiminə təsirlərin azaldılması xüsusi çəkiyə malikdirbu məqsədlə 2015-ci ildə Paris şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının “Paris razılaşması”nın imzalanması qeyd olunmalıdır. Razılaşmaya əsasən, illik büdcəsi 100 milyard ABŞ dolları olacaq “Yaşıl İqlim Fondunun yaradılması və bu vəsaitdən istifadə etməklə inkişafda olan ölkələrdə əsasən ABOEM və enerji səmərəliliyi üzrə layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Paris razılaşması”ndan irəli gələn öhdəliklərin yerinə yetirilməsi məqsədilə Azərbaycan hökuməti 2030-cu ilədək karbon emissiyasının 1990-cı il səviyyəsindən 35 faiz azaldılmasını “könüllü hədəf” kimi bəyan etmişdir. Bu isə öz növbəsində, ölkəmizin iqtisadiyyatının bütün sahələrində ABOEM-inenerji səmərəliliyinin tətbiqinə geniş imkanlar yaradacaqdır.

Respublika iqtisadiyyatının gündən-günə inkişafı həyatın bütün sahələrində olduğu kimi ABOEM-in tətbiqinin inkişafına da şərait yaradıb. Hazırda ölkəmizdə ABOEM-in ümumi elektrik enerjisi istehsalında payı ümumi qoyuluş gücünün 16,8 faizini təşkil edirbu hesabla 2015-ci ildə ölkəmizdə 1.8 mlrd. kVt saat elektrik enerjisi istehsal olunmuşdur. Bununla ildə 465 mln. kubmetr təbii qaza qənaət olunmasının və müvafiq olaraq

1 mln. ton karbon tullantılarının atmosferə atılmasının qarşısı alınmışdır. Məqsəd 2050-ci ilədək ABOEM-dən istifadənin ümumi elektrik enerjisi istehsalında payının 50 faizə çatdırılması, bu hesaba milyonlarla kubmetr təbii qaza qənaət və atmosferə atılan karbon tullantılarının qarşısının alınmasıdır.

ABOEM üzrə beynəlxalq təcrübənin mənimsənilməsi, ölkəmizin potensiallarının təyini, müxtəlif bölgələrdə ABOEM üzrə bir sıra kiçikorta miqyaslı layihələrin həyata keçirilməsi qarşıya qoyulmuş hədəflərin əlçatan olduğunu təsdiq edirbu hədəflərə nail olmaq üçün respublikamızın enerji təminatı konsepsiyasında üç pilləli “Enerji İnkişafı Modeli” hazırlanıb. Özündə yüksək texnologiyaların tətbiqini, müasir idarəetmə sistemlərini əks etdirən və ABOEM hesabına işləyən kiçik, orta və irihəcmli enerji stansiyalarından ibarət olanEnerji İnkişafı Modelinin ölkəmizdə tətbiqi yaxın onillikdə on minlərlə sahibkarın, yüz minlərlə yeni yerlərinin açılmasına və yeni enerji bazarının formalaşmasına təkan verəcəkdir.

 

Dövlət Agentliyi tərəfindən icra edilən layihələr

 

Azərbaycanda iqlim şəraitinın müxtəlifliyi, respublika ərazisinin dağ silsilələri və tirələrindən, yaylalardan, düzənlik və ovalıqlardan ibarət mürəkkəb relyefli sahədə yerləşməsi ilə xarakterizə olunduğundan ölkəmizdə kontinental, mülayim, subtropik iqlim qurşaqlarının qovuşması müşahidə olunur. Buna görə də ölkəmizin fiziki, coğrafi şəraiti ABOEM-dən istifadəyə hər zaman geniş imkan yaradıb və bu potensialın öyrənilməsi üçün hələ XX əsrdə küləkli sahələrin təyini, çayların, o cümlədən kiçik dağ çaylarının hidroloji rejiminin öyrənilməsi, günəş radiasiyasının paylanılması, termal suların aşkarlanması istiqamətində Azərbaycan Respublikası Hidrometeorologiya İdarəsi, Azərbaycan Milli Elmlər Akademiyası və digər aidiyyəti qurumlar tərəfindən ciddi elmi tədqiqat və layihə axtarış işləri həyata keçirilib.

Ölkəmizin ABOEM üzrə yüksək potensialından daha səmərəli istifadə və ümumi enerji istehsalında neftqaz amilindən asılılığın ildən-ilə azaldılması məqsədilə Dövlət Agentliyi tərəfindən ortauzun müddətli təkliflər və tədbirlər planı hazırlanıb. Bu tədbirlər əsasında ərsəyə gələn bir çox irimiqyaslı layihələrin icrası artıq başa çatıb. Belə ki, külək, günəş, biokütlə və geotermal enerji mənbələrinin yaradılması, o cümlədən, Qobustan Hibrid Elektrik Stansiyasının (HES) tikintisi, Bakı şəhərində 5 məktəb və 2 tibb məntəqəsinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri hesabına elektrikistilik enerjisi ilə təmin edilməsi, Bakı şəhəri Türkan qəsəbəsində internat məktəbinin alternativ enerji mənbələri hesabına enerji ilə təmini, Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün “6 məktəb - 6 bağça” layihəsi, Şəki Kiçik Su Elektrik Stansiyası və digər layihələr artıq icra olunub. Bunlardan başqa, agentlik tərəfindən keçid, perspektivpilot layihələr də icra edilməkdədir. Pirallahı dəniz külək parkının yaradılması, Şəki bioqaz stansiyasının və Siyəzən rayonunda hibrid tipli elektrik stansiyasının quraşdırılması, ABOEM sahəsində hüquqinormativ bazanın təkmilləşdirilməsi və Siyəzən günəş elektrik stansiyasının tikintisi nəzərdə tutulan əsas layihələrdir.

Bütün bu qeyd olunanlar ölkənin təbii potensialından istifadə etməklə alternativ enerji mənbələrinin tətbiqinin genişlənməsinə, karbohidrogen ehtiyatlarına qənaət olunmasına, ölkənin enerji təhlükəsizliyinin daha da möhkəmlənməsinə, qabaqcıl texnologiyaların tətbiqinə, kadr potensialının gücləndirilməsinə, yeni yerlərinin açılması hesabına əhalinin rifahının yaxşılaşmasına, xüsusilə karbon tullantılarının azaldılması hesabına ətraf mühitin qorunması məqsədlərinə nail olunmasına və ölkəmiz tərəfindən 2015-ci il Paris konfransına təqdim edilən “könüllü hədəf” kimi karbon tullantılarının 1990-cı il səviyyəsindən 2030-cu ildə 35 faiz azaldılmasına şərait yaradacaqdır.

 

Dünya ölkələri Azərbaycan təcrübəsindən yararlanacaq

 

Təbii ki, “Dayanıqlı İnkişaf üçün Enerji” 7-ci Beynəlxalq Forumunun Bakıda təşkili, qonaqların qarşılanması və yerləşdirilməsi istiqamətində də Dövlət Agentliyinin xüsusi rolu olacaq. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi sədrinin müşaviri Nəzir Ramazanovun sözlərinə görə, Dayanıqlı Enerji Gündəliyi, Dayanıqlı Enerji Gündəliyinə neft qiymətindəki dəyişikliklərin təsiri, riskli və qeyri-müəyyən vəziyyətlərdə orta və uzunmüddətli qərarların qəbulu üçün zəruri şəraitin yaradılması, enerjiyə gələcək baxış və müvafiq göstəricilər, enerji məhsuldarlığı, ölçüinkişaf meyarlarının tətbiqi, gələcək enerji sistemləri və bazar tarazlığı, müəyyən olunmuş milli fəaliyyətlər sahəsində mövcud boşluqlar, Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi üzrə innovasiyalarmövcud yeni texnologiyalar, regionda investisiya maneələrini aşmaq, infrastrukturun maliyyələşməsi, karbon tullantılarının azaldılması üçün düzgün bazar şərtlərinin yaradılması, bərpa olunan enerjinin “ağıllı” inteqrasiyası, gələcək enerji sistemində mədən yanacağının rolu, su, ərzaq və enerjinin ağıllı şəhərlərə və nəqliyyat sistemlərinə inteqrasiyası və s. məsələlər forumun əsas müzakirə mövzuları olacaq.

Yeddinci forum çərçivəsində plenar iclaslarla yanaşı, yüksək səviyyəli iclaslar, paralel seminarlar və 4-cü gün ərzində obyektlərə səfərlər baş tutacaq. 400-dən artıq sahə üzrə beynəlxalq ekspert, hökumət rəsmiləri, biznes, maliyyə sektorunun nümayəndələri, alimlər və vətəndaş cəmiyyəti üzvləri foruma qatılaraq Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində təcrübə mübadiləsi aparacaq. Foruma “Bərpa olunan Energetikanın inkişafı” beynəlxalq konfransı, həmçinin ilk dəfə olaraq BMT-nin Avropa İqtisadi Komissiyasının Bərpa olunan EnerjiEnerji Effektivliyi üzrə Ekspertlər qrupunun növbəti sessiyaları daxil olacaq.

N.Ramazanov qeyd etdi ki, Azərbaycanın bu sahə üzrə əldə etdiyi proqromatik təcrübəsi, nailiyyətləri BMT regional komissiyalarına daxil olan 70-dən artıq dövlətin içərisində müəyyən bir maraq yaradıb. Azərbaycanda enerji sahəsi üzrə maraqlı bir təcrübənin formalaşması, bu təcrübədən yararlanmaq mümkünlüyü belə bir forumun Azərbaycanda keçirilməsinə şərait yaradıb. Sözsüz ki, forum vasiəsilə bu təcrübədən digər ölkələr də yararlanacaq. Elə əsas hədəflərdən biri də Azərbaycan təcrübəsini dünya ölkələri ilə bölüşməkdir.

Forumun əsas məqsədlərinə gəldikdə isə N.Ramazanov vurğuladı ki, Bakıdakı forumda hər bir ölkənin daxiliqlobal hədəfləri bir-bir araşdırılıb müzakirə olunacaq. Artıq ölkələr başa düşəcək ki, vaxtilə qəbul etdikləri qərarlar onları daha sürətli inkişafa istiqamətləndirib, ya yox. Bakı Forumundan sonra dünya ölkələrində hansı hədəflərə doğru getməklə bağlı aydın bir görüntü formalaşacaq. Üzv dövlətlərə milli səviyyədə dayanıqlı enerji fəaliyyət planını inkişaf etdirməyə dəstək olmaq, Milli Enerji Statistika proqramlarının təkmilləşdirilməsi istiqamətində üzv dövlətlərlə birgə əməkdaşlıq əlaqələri yaratmaq, Hammamet Deklarasiyasından irəli gələn istiqamətlər üzrə üzv dövlətlərin inkişafına nail olmaq, enerji Bazarı İslahatları, enerji səmərəliliyi, bərpa olunan enerji, enerjiyə çıxış, enerji təhlükəsizliyi, maliyyə investisiya, texnologiya, energetikaya dair məlumat bazası, göstəricilər və təhlillər, texnologiya və təcrübə mübadiləsi, bu istiqamətdə ən yaxşı nümunələr və beynəlxalq səviyyədə qəbul edilmiş minimum enerji effektivliyi standartlarını bütün sahələr üzrə inkişaf etdirmək 7-ci forumun əsas məqsədləri sırasındadır.

2017-ci il iyunun 11-də Qazaxıstanın Astana şəhərində vacib məsələlərin qəbul olunmasında xüsusi rol oynayacaq “Dayanıqlı İnkişaf üçün Enerji” 8-ci Beynəlxalq Forumu çərçivəsində enerji nazirlərinin birgə razılığa gələcəyi mövzular Bakı Forumunda müzakirə olunacaq.

Qeyd edək ki, “Dayanıqlı İnkişaf üçün Enerji” 7-ci Beynəlxalq Forumu əvvəlki forumların qərarlarına istinad etməklə iştirakçı dövlətləri Dayanıqlı İnkişaf Məqsədlərinin enerji sektoru üzrə qarşıya qoyduğu qısa və orta müddətli məqsədlərə çatmaq üçün inkişaf planının hazırlanmasına mühüm imkan yaradır. Son 2 forumda qəbul edilmiş qərarlar dayanıqlı enerjinin gələcək inkişafı üçün uzunmüddətli keçidi təmin edir və BMT regional komissiyalarının istinad edə biləcəyi addımları müəyyənləşdirir. Forumlardan çıxan ümumi nəticə isə qlobal şəraitdə ölkələrin inkişafına töhfə verməkdir.

Elgün MƏNSİMOV,

Azərbaycan.-2016.- 14 oktyabr.- S.4.