Los-Ancelesdə Azərbaycanın müstəqilliyinə həsr olunan poçt markası buraxılıb

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə ABŞ-ın Los-Anceles şəhərində poçt markası buraxılıb. ABŞ-ın Federal Poçt Xidməti tərəfindən təsdiq olunmuşbütün ölkə ərazisində istifadə gücünə malik poçt markasının üzərində Azərbaycan bayrağı əks etdirilib və Bakı şəhərinin müasir görünüşü fonunda “Azərbaycan: Müstəqilliyin 25 illiyi (1991-2016)” sözləri qeyd edilib.

Markanın buraxılması Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun dəstəyi ilə baş tutub. Baş konsulluq markanın ABŞ-da geniş şəkildə yayılmasını planlaşdırır.

AZƏRTAC

Azərbaycan.-2016.- 14 oktyabr.- S.3.