Pakistan Azərbaycanın ən yaxın dost və müttəfiqlərindən biridir
İlham Əliyev: "Əlaqələrimiz
yüksək səviyyədədir və bu görüş
onu daha da gücləndirmək baxımından uğurlu
olacaq"
Oktyabrın
14-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Pakistan
İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz
Şərif ilə məhdud tərkibdə
görüşü olub.
Azərbaycan Prezidenti İlham
ƏLİYEV dedi:
-Bu gün bizim üçün vacib gündür. Bizim əlaqələrimiz yüksək səviyyədədir
və əminəm ki, bu görüş
əlaqələrimizi daha
da gücləndirmək
baxımından uğurlu
olacaq. Biz bir çox sahələrdə əməkdaşlıq
edirik. Bu gün həyata keçirilmiş işlərə
bir daha nəzər salmaq və gələcəklə
bağlı planlar qurmaq üçün yaxşı fürsətdir.
Sizi qəbul etməkdən çox məmnunam. Ümidvaram ki, ölkəmizə səfəriniz səmərəli
keçəcək.
Pakistanın Baş naziri Nəvaz ŞƏRİF dedi:
-Təşəkkür edirəm,
cənab Prezident.
Burada olmaq bizim üçün şərəfdir. Çox gözəl Bakı
şəhərinə səmimi
dəvətinizə və
qonaqpərvərliyinizə görə Sizə minnətdaram. Şəhərinizə heyran qalmışam.
Hər yerdə Sizin şəhərin
gözəlliyindən çox
danışılır.
Mən bir dəfə 1998-ci ildə yolüstü Bakıda olmuşam. Bu, mənim
ondan sonra bu şəhərə ilk
səfərimdir. Gözəl Bakı
şəhərində olmaqdan
məmnunam. Bakı dünyanın
ən gözəl şəhərlərindən və
mənim gördüyüm
ən təmiz şəhərlərdən biridir.
Mən bir daha burada
olmağıma şadam.
Prezident
İlham ƏLİYEV: Təşəkkür
edirəm. Xoş sözlərinizə görə minnətdaram.
AZƏRTAC xəbər verir ki, söhbət
zamanı ikitərəfli
münasibətlər və
qarşılıqlı maraq
doğuran digər məsələlər ətrafında
fikir mübadiləsi aparıldı.
Azərbaycan.- 2016.- 15 oktyabr.- S. 2.