Məhəmməd Nəvaz Şərif:
Azərbaycanın inkişafı və uğuru inkişaf etməkdə
olan ölkələr üçün idarəçilik
nümunəsidir
Oktyabrın
14-də məhdud tərkibdə görüş başa
çatdıqdan sonra Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Pakistan İslam
Respublikasının Baş naziri Məhəmməd Nəvaz
Şərif ilə geniş tərkibdə
danışıqları olub.
Azərbaycan Prezidenti İlham
ƏLİYEV dedi:
-Hörmətli Baş
nazir.
Hörmətli qonaqlar.
Sizi Azərbaycanda
salamlamaq istərdim. Çox şadıq
ki, cənab Baş nazir ölkəmizdə rəsmi
səfərdədir. Biz
ilin əvvəlində
Davosda görüşmüşük.
Çox
yaxşı görüş
keçirdik və söhbət apardıq, əməkdaşlığımızın strateji mahiyyətini bir daha vurğuladıq.
Bu gün Pakistanın
Baş nazirinin rəsmi səfəri ölkələrimiz arasında
çox yaxın əməkdaşlığı davam etdirdiyimizi göstərir.
Pakistan bizim üçün
ən yaxın dostlardan biridir. Biz müxtəlif sahələrdə
əlaqələrimizi inkişaf
etdirmək istəyirik.
Bizim çox yaxın siyasi əlaqələrimiz
var. Biz Baş nazirlə
siyasi əməkdaşlığımızın
səviyyəsinin çox
yüksək olduğunu
müzakirə etdik.
Biz iqtisadi əməkdaşlığımızı,
investisiya sahəsində
əməkdaşlığı genişləndirməli, qarşılıqlı
ticarət mübadiləsini
inkişaf etdirməli,
humanitar məsələlərə
çox diqqət yetirməli, çox geniş və səmərəli əməkdaşlıq
aparmalıyıq. Biz bütün
beynəlxalq məsələlərdə
bir-birimizi dəstəkləyirik.
Azərbaycan Kəşmirlə bağlı məsələlərdə
hər zaman Pakistanı dəstəkləyir.
Pakistan da Dağlıq
Qarabağ probleminin həlli ilə bağlı məsələlərdə
hər zaman bizi dəstəkləyir.
Biz bütün beynəlxalq təşkilatlarda
birlikdəyik. Baş nazirin
bugünkü səfəri
görülmüş işlərə
yenidən nəzər
salmaq və gələcək planları
müəyyənləşdirmək üçün yaxşı
imkandır.
Cənab Baş nazir, səfərinizin xoş keçməsini arzulayıram. Dəvətimi qəbul edib bu gün Azərbaycana
səfər etdiyinizə
görə Sizə minnətdaram. Bir daha xoş gəlmisiniz.
X X
X
Pakistanın Baş naziri Məhəmməd Nəvaz
ŞƏRİF
dedi:
-Cənab Prezident, təşəkkür edirəm.
İlk növbədə,
gözəl ölkənizə
səfər etməyin
bizim üçün
şərəf olduğunu
demək istərdim. Biz Bakını görməyə
çox şadıq.
Son 10-15 ildə Bakı belə gözəl bir şəhərə çevrilib.
On beş ildən az müddətdə
bu işlərin görülməsi çox
heyrətamizdir. Artıq qeyd
etdiyim kimi, mən 1998-ci ildə Bakıda olmuşam. Burada rəsmi səfərdə
olmaq şəxsən
mənim üçün
şərəfdir. Bu gözəl şəhərdə
mənə və nümayəndə heyətinin
üzvlərinə göstərilən
olduqca səmimi münasibətə görə
Sizdən minnətdarlığımı
qəbul etməyinizi xahiş edirəm. İlk növbədə, icazə
verin, 18 oktyabr - milli bayramınız münasibətilə Sizə
və Azərbaycan xalqına səmimi təbrikimi və ən xoş arzularımı çatdırım.
Cənab
Prezident, deməliyəm
ki, Pakistan xalqı Sizin dahi atanız
mərhum Prezident Heydər Əliyevin uzaqgörənliyini, qardaş
Azərbaycanın irəliləyişini,
inkişafını və
Sizin müdrik, mahir rəhbərliyinizi yüksək qiymətləndirir.
Son 25 ildə Azərbaycanın əldə
etdiyi irəliləyiş
diqqətəlayiqdir.
Azərbaycanın inkişafı və uğuru bütün müsəlman ölkələri
üçün qürur
mənbəyi və bir çox inkişaf etməkdə olan ölkələr üçün idarəçilik
nümunəsidir. Deməliyəm ki,
biz dünəndən çox
təsirlənmişik. Cənab Prezidentə dedim
ki, mən dünyada bu qədər təmiz şəhər
görməmişəm. Bəlkə də Bakı kimi təmiz şəhər gördüyümü
unutmuşam. Lakin
şübhəsiz ki, bu,
mənim indiyədək olduğum ən təmiz
şəhərlərdən biridir. Şəhərin
planlaşdırılması, dünən və bu gün gördüyümüz
gözəlliklər bizi məftun etdi. Bir daha
Sizə təşəkkür edirəm.
Azərbaycan.- 2016.- 15 oktyabr.- S. 2.