“İlham Əliyev. İnkişaf -
məqsədimizdir” çoxcildliyinin otuz ikinci cildi çapdan
çıxıb
“Biz
ölkəmizi qorumalıyıq, Azərbaycanın müstəqilliyini
qorumalıyıq, möhkəmləndirməliyik, ölkəmizin
milli maraqlarının təmin olunması üçün nə
lazımdırsa, onu da edəcəyik və edirik. Hər bir
atılan addım istər daxildə, istərsə də
bölgədə Azərbaycanı gücləndirir. Bizim
bölgədə mövqelərimiz böyük dərəcədə
möhkəmlənibdir.
Azərbaycan
bölgədə sabitləşdirici rol oynayır və bu rol
getdikcə artır. Bizim hamımızın məqsədi
ondan ibarət olmalıdır ki, ölkəmizin
maraqlarını müdafiə edək, ölkəmizi
bütün bəlalardan qoruyaq, sabitliyi, inkişafı davam
etdirək. Azərbaycan xalqı sülh, əmin-amanlıq, təhlükəsizlik
və rifah içərisində yaşamalıdır”.
AZƏRTAC
xəbər verir ki, yenicə çapdan
çıxmış “İlham Əliyev. İnkişaf - məqsədimizdir”
çoxcildliyinin 32-ci cildində yer alan bu fikirlər dövlətimizin
başçısının 2008-ci il sentyabrın 7-də Cəlilabad
rayonuna səfəri çərçivəsində Heydər
Əliyev seyrəngahı ilə tanışlıq zamanı
şəhər ictimaiyyətinin nümayəndələri ilə
görüşündəki çıxışından
götürülüb.
Çoxcildliyin
bu kitabına daxil olan materiallar 2008-ci ilin avqust-sentyabr
aylarını əhatə edir.
Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının rəhbəri
akademik Ramiz Mehdiyevin buraxılışına məsul
olduğu çoxcildliyin bu nəşrində dövlətimizin
başçısının Azərbaycana səfər
etmiş Türkiyənin Baş naziri Rəcəb Tayyib
Ərdoğan, Rumıniya Prezidenti Trayan Besesku, Türkiyə
Prezidenti Abdullah Gül və Özbəkistan Prezidenti İslam
Kərimovla keçirdiyi görüş və
danışıqlara, bu ölkələrlə ikitərəfli
əlaqələrin inkişafı üçün
bağlanan müqavilələrə, habelə İran,
Macarıstan, Türkiyə, Yunanıstan, ABŞ və digər
ölkələrin, nüfuzlu beynəlxalq təşkilatların
yüksək vəzifəli şəxslərini qəbul etməsinə
dair materiallar verilib. Kitabda Prezident İlham Əliyevin Moskvaya
işgüzar səfəri zamanı keçirdiyi
görüş və danışıqlara aid materiallar da yer
alıb.
Bu
cilddə, həmçinin dövlətimizin
başçısının regionların sosial-iqtisadi
inkişafı proqramının həyata keçirilməsi ilə
bağlı Xızı, Salyan, Cəlilabad, Balakən, Zaqatala,
Şəki, Qax, Oğuz, Qəbələ rayonlarına səfərləri
zamanı bu bölgələrin sosial, iqtisadi, kənd təsərrüfatı
və mədəni cəhətdən inkişafına həsr
olunmuş çıxışları, nitqləri və
ictimaiyyət nümayəndələri ilə
görüşlərinə, Bakıda və Sumqayıtda
aparılan tikinti-quruculuq işlərinə, Bakı-Quba-Rusiya
dövlət sərhədi avtomobil yolunun yenidənqurma işlərindən
sonra açılışında iştirakına aid
materiallar toplanıb.
Nəşrdə
Prezident İlham Əliyevin “Azərbaycan və Türkmənistanın
neft və qaz potensialı: energetika, iqtisadiyyat, ekologiya, əməkdaşlığın
strategiyası” Beynəlxalq Konfransının, “Rus icması –
15 illik yol” konfransının, Dünya Gənclərinin IV Məşğulluq
Sammitinin iştirakçılarına müraciətləri,
habelə bəyanatları, məktubları da yer alıb.
Kitaba
“Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri
daxil edilib.
“Azərnəşr”
tərəfindən buraxılan 32-ci cildin hazırlanmasında
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC)
materiallarından istifadə olunub.
Azərbaycan.- 2016.- 16 oktyabr.- S. 1.