Səfəri başa
çatdı
Pakistan
İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz
Şərifin Azərbaycan Respublikasına rəsmi səfəri
oktyabrın 15-də başa çatıb.
Hər
iki ölkənin dövlət
bayraqlarının dalğalandığı Heydər
Əliyev Beynəlxalq Aeroportunda Pakistanın Baş nazirinin
şərəfinə fəxri qarovul dəstəsi
düzülmüşdü.
Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərifi hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və digər
rəsmi şəxslər yola salıblar.
AZƏRTAC
Azərbaycan.- 2016.- 16 oktyabr.- S. 2.