Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 12 yanvar tarixli 5 nömrəli qərarı
ilə təsdiq edilmiş “Müfəssəl
planların hazırlanması,
razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı
orqanların siyahısı”nda
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 407 Bakı şəhəri,
11 oktyabr 2016-cı il
Azərbaycan Respublikası Prezidentinin
“Azəravtoyol” Açıq
Səhmdar Cəmiyyəti
haqqında” 2016-cı il
9 mart tarixli 826 nömrəli
Fərmanının 5.2-ci və
“Azərbaycan Respublikasının
nəqliyyat-yol kompleksində
idarəetmənin təkmilləşdirilməsi
tədbirləri haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2007-ci il 22
fevral tarixli 1992 nömrəli Sərəncamında
dəyişikliklər edilməsi
barədə” 2015-ci il
28 dekabr tarixli 1659 nömrəli Sərəncamının
2.6-cı bəndlərinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 12 yanvar tarixli 5 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2015, N 1, maddə 57, N 11, maddə
1417; 2016, N 6, maddə 1193) ilə
təsdiq edilmiş “Müfəssəl planların
hazırlanması, razılaşdırılması
və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı
orqanların siyahısı”na
aşağıdakı məzmunda
6.10-1-ci bənd əlavə
edilsin:
“6.10-1. “Azəravtoyol” Açıq
Səhmdar Cəmiyyəti;”.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.- 2016.- 19 oktyabr.- S. 3.