Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2013-cü il
18 yanvar tarixli 7 nömrəli qərarı
ilə təsdiq edilmiş “Gömrük nəzarətinin həyata
keçirilməsi Qaydaları”nda
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 408 Bakı
şəhəri, 11 oktyabr
2016-cı il
“Malların və nəqliyyat vasitələrinin
gömrük sərhədindən
keçirilməsi üçün
“Yaşıl dəhliz”
və digər buraxılış sistemlərindən
istifadə Qaydaları”nın
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 21 may tarixli
920 nömrəli Fərmanının
2.2-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2013-cü il
18 yanvar tarixli 7 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2013, N 1, maddə 68; 2015, N 5, maddə 637) ilə təsdiq edilmiş “Gömrük nəzarətinin
həyata keçirilməsi
Qaydaları”na aşağıdakı
məzmunda 5.3-cü bənd
əlavə edilsin:
“5.3. Gömrük sərhəd
buraxılış məntəqələrindən
keçirilən malların
və nəqliyyat vasitələrinin gömrük
rəsmiləşdirilməsinin sadələşdirilməsi məqsədi
ilə Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 21 may tarixli
920 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük
sərhədindən keçirilməsi
üçün “Yaşıl
dəhliz” və digər buraxılış
sistemlərindən istifadə
Qaydaları”na uyğun
olaraq qısa idxal bəyannaməsi əsasında malların və nəqliyyat vasitələrinin gömrük
ərazisinə buraxılmasının
yaşıl, mavi, sarı və qırmızı dəhliz
buraxılış sistemləri
tətbiq olunur.”.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan.- 2016.-19 oktyabr.- S. 3.