Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2014-cü il
22 iyul tarixli 263 nömrəli qərarı
ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən
malların və nəqliyyat vasitələrinin
bəyan edilməsi Qaydaları”nda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 409 Bakı şəhəri,
11 oktyabr 2016-cı il
“Malların və nəqliyyat vasitələrinin
gömrük sərhədindən
keçirilməsi üçün
“Yaşıl dəhliz”
və digər buraxılış sistemlərindən
istifadə Qaydaları”nın
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 21 may tarixli
920 nömrəli Fərmanının
2.2-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2014-cü il
22 iyul tarixli 263 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2014, N 7, maddə 951, N 12, maddə
1653; 2015, N 5, maddə 615) ilə
təsdiq edilmiş “Gömrük sərhədindən
keçirilən malların
və nəqliyyat vasitələrinin bəyan
edilməsi Qaydaları”nın
10.1.2-ci yarımbəndinin sonunda
nöqtə işarəsi
nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və aşağıdakı
məzmunda 10.1.3-cü yarımbənd
əlavə edilsin:
“10.1.3. malların və
nəqliyyat vasitələrinin
gömrük ərazisinə
buraxılmasının yaşıl,
mavi, sarı və qırmızı dəhliz buraxılış
sistemlərindən istifadə
edilməsi üçün
mallar və nəqliyyat vasitələri
gömrük ərazisinə
gətirilməzdən əvvəl
gömrük orqanlarına
elektron formada təqdim edildikdə.”.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.- 2016.- 19 oktyabr.- S. 3.