“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin strukturu ilə bağlı bəzi məsələlər
barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 410 Bakı şəhəri,
12 oktyabr 2016-cı il
Azərbaycan Respublikası Konstitusiyasının
119-cu maddəsinin səkkizinci
abzasını rəhbər
tutaraq, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin strukturunun
təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin
Ekologiya İdarəsi
“Bakı Sukanal” İdarəsinə birləşdirilsin.
2. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin
H.Z.Tağıyev adına Su Təchizatı
İdarəsi və Oğuz-Qəbələ-Bakı Su Təchizatı İdarəsi
Ceyranbatan Su Təchizatı
İdarəsinə birləşdirilsin.
3. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin
“Gəncə Sukanal” Törəmə Səhmdar
Cəmiyyəti, “Şəki
Sukanal” Törəmə
Səhmdar Cəmiyyəti
“Azərsu” Açıq
Səhmdar Cəmiyyətinin
“Birləşmiş Sukanal”
Məhdud Məsuliyyətli
Cəmiyyətinin tərkibində
fəaliyyət göstərən
hüquqi şəxs kimi müəyyən edilsinlər.
4. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin
“Mingəçevir Sukanal”
İdarəsi və “Şirvan Sukanal” İdarəsi “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin strukturundan
çıxarılaraq “Birləşmiş
Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyətinin
tərkibinə daxil edilsinlər.
5. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2005-ci il 22 mart tarixli
50 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2005, N 3, maddə 257; 2006, N 1, maddə 59; 2007, N 9, maddə
922; 2009, N 10, maddə 846; 2010, N 11, maddə 1039; 2011, N 5, maddə
442; 2013, N 6, maddə 760; 2015, N 9, maddə 1074, N 12, maddə
1595; 2016, N 3, maddə 612, N 6, maddə 1225) ilə təsdiq edilmiş “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin
Strukturu”nun 2.18-ci, 2.19-cu, 2.20-ci,
2.23-cü, 2.24-1-ci, 3.4-cü və 3.5-ci bəndləri ləğv
edilsin.
6. Azərbaycan Respublikasının
Vergilər Nazirliyi, Azərbaycan Respublikasının
Əmlak Məsələləri
Dövlət Komitəsi
və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti bu qərardan irəli gələn məsələləri
həll etsinlər.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.- 2016.- 19 oktyabr.- S. 3.