“Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv
edilməsi Qaydası”nın,
“Narkotik vasitələrin,
psixotrop maddələrin
dövriyyəsinə və
onların prekursorlarının
idxalına, ixracına,
tranzit nəql edilməsinə və istehsalına, habelə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirak
edən, o cümlədən
narkomanlıq xəstəliyinə
düçar olan şəxslərə dair
ümummilli məlumat
bankına məlumatların
göndərilməsi və
oradan məlumatların
alınması Qaydası”nın
və “Qanunsuz dövriyyədən Azərbaycan
Respublikasının qanunvericiliyinə
uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində
olduğuna və tibbi məqsədlərlə
istifadə oluna biləcəyinə görə
məhv edilməsi məqsədəuyğun olmayan
narkotik vasitələrin
və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə
edilməsi üçün
təhvil verilməsi Qaydası”nın təsdiq
edilməsi haqqında”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2005-ci il 6 oktyabr tarixli 181 nömrəli qərarında dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 411 Bakı şəhəri,
13 oktyabr 2016-cı il
“Lisenziyalaşdırma sahəsində
bəzi tədbirlər
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanının 6.6-cı bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2005-ci il 6 oktyabr tarixli 181 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2005, N10, maddə 975; 2007, N12, maddə 1336; 2009, N3, maddə
204; 2014, N 2, maddə 201; 2015, N4, maddə 441; 2016, N 5, maddə
955) ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə
və onların prekursorlarının idxalına,
ixracına, tranzit nəql edilməsinə və istehsalına, habelə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində
iştirak edən, o cümlədən narkomanlıq
xəstəliyinə düçar
olan şəxslərə
dair ümummilli məlumat bankına məlumatların göndərilməsi
və oradan məlumatların alınması
Qaydası”nın 3.1-ci bəndinin
altıncı abzasından
“(xüsusi razılıq)”
sözləri çıxarılsın
və həmin abzasda “icazənin və ya lisenziyanın”
sözləri “əgər
varsa icazənin” sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.- 2016.- 19 oktyabr.- S. 3.