Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2014-cü il
17 iyun tarixli 196 nömrəli qərarı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
Mədəniyyət və
Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 413 Bakı şəhəri,
13 oktyabr 2016-cı il
“Quba şəhərində
“Soyqırım memorial kompleksi”nin
yaradılması haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 30 dekabr tarixli 673 nömrəli Sərəncamının icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2014-cü il
17 iyun tarixli 196 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2014, N 6, maddə 749; 2015, N 3, maddələr
333, 338, N 4, maddə 455, N 6, maddə 801, N 10, maddə
1220, N 11, maddə 1425) ilə
təsdiq edilmiş “Azərbaycan Respublikası
Mədəniyyət və
Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın
“I. Büdcədən maliyyələşdirilən
qurumlar” bölməsinə
aşağıdakı məzmunda
7.21-ci bənd əlavə
edilsin:
“7.21. Quba şəhərində
“Soyqırım memorial kompleksi”.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan.- 2016.- 19 oktyabr.- S. 3.