Qazax-Kosalar avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib
Oktyabrın 19-da Qazax-Kosalar avtomobil yolu yenidənqurma və əsaslı bərpadan sonra istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev yolun açılışında
iştirak edib.
“Azəravtoyol” Açıq
Səhmdar Cəmiyyətinin
sədri Saleh Məmmədov dövlətimizin
başçısına məlumat
verdi ki, 6 min nəfər əhalisi olan 2 yaşayış məntəqəsini birləşdirən
Qazax-Kosalar avtomobil yolunun tikintisinə Azərbaycan Prezidentinin
2016-cı il 19 avqust tarixli Sərəncamına
əsasən başlanılıb.
Uzunluğu 10 kilometr olan
dördüncü texniki
dərəcəli yolun
torpaq yatağının
eni 10 metr, iki zolaqdan ibarət
hərəkət hissəsinin
eni isə 6 metrdir.
Avtonəqliyyat vasitələrinin hərəkətini
tənzimləmək üçün
yolboyu göstərici
xətlər çəkilib,
42 yol nişanı quraşdırılıb, bir
avtobus dayanacağı
inşa edilib. Ümumilikdə uzunluğu 460 metr olan 30 suötürücü
boru tikilib.
Dövlətimizin başçısı yolun
rəmzi açılışını
bildirən lenti kəsdi.
Azərbaycan.- 2016.- 20 oktyabr.- S. 2.