Ağstafada əsaslı şəkildə
yenidən qurulan Heydər Əliyev Mərkəzində
yaradılan şəraitlə tanışlıq
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın
19-da Ağstafaya səfəri çərçivəsində
əsaslı şəkildə yenidən qurulan Heydər
Əliyev Mərkəzində yaradılan şəraitlə
tanış olub.
AZƏRTAC xəbər verir ki, respublikamızda bütün sahələrin inkişafında, dövlətimizin beynəlxalq nüfuzunun artmasında, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında müstəsna xidmətləri olan ulu öndər Heydər Əliyevin zəngin irsi ölkəmizin bütün bölgələrində öyrənilir. Ümummilli Liderin xalqımız qarşısındakı tarixi xidmətlərini daha dərindən öyrənmək məqsədi ilə Ulu Öndərin adını daşıyan muzeylər və mərkəzlər müstəsna əhəmiyyətə malikdir. Son dövrlərdə bir çox bölgələrdə bu cür mərkəz və muzeylər istifadəyə verilib. Bu baxımdan Ağstafada əsaslı şəkildə təmir edilərək yenidən qurulan Heydər Əliyev Mərkəzi də xüsusi rola malikdir.
Ağstafada Heydər Əliyev Mərkəzinin inşasına 2008-ci ilin fevralında başlanılıb və həmin ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə açılışı olub. Mərkəzin binasında 2016-cı ilin yanvar-fevral aylarında əsaslı təmir və yenidənqurma işləri aparılıb.
Əsaslı yenidənqurma işləri çərçivəsində mərkəzin dam örtüyü, havalandırma sistemi təzələnib. Mərkəzin 320 tamaşaçı yerlik açıq konsert meydanı yaradılıb. Dördmərtəbəli binanın foyesində ulu öndər Heydər Əliyevin barelyefi qoyulub. Mərkəzdə Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən fotolardan ibarət ekspozisiya zalları yaradılıb. Zallarda dahi şəxsiyyətlə bağlı bir-birindən maraqlı fotolar, sənədlər və digər eksponatlar nümayiş olunur. Burada Ulu Öndərin uşaqlıq, gənclik, tələbəlik illərində, həmçinin müxtəlif vəzifələrdə çalışdığı dövr və Ağstafaya səfərləri, rayon zəhmətkeşləri ilə görüşləri zamanı çəkilən fotoları maraqla qarşılanır.
Aparılan əsaslı təmir işləri nəticəsində mərkəzin funksionallığı daha da artırılıb. Mərkəzdə “Saloğlu” mebel və “Akkord” tikiş fabriklərinin sərgi salonları açılıb.
Burada yaradılan 400 yerlik akt zalı müasir akustika
avadanlığı ilə təchiz olunub.
Akt zalında rayon əhəmiyyətli
mühüm tədbirlərin keçirilməsi
üçün hərtərəfli
şərait yaradılıb. Mərkəzdə nikah mərasimləri üçün
otaq, memarlıq, incəsənət, reklam, xalçaçılıq studiyaları
fəaliyyət göstərəcək. Bundan
başqa, burada distant təhsil, ekoturizm, uşaq yaradıcılığı və informasiya mərkəzləri, rəqs
studiyası, rəsm qalereyası və dil
kursları da yaradılıb. Kiçik kino zalı, 30 və
70 yerlik konfrans
zalları da rayon
sakinlərinin ixtiyarına veriləcək. Mərkəzin bütün inzibati
otaqları zəruri avadanlıqla təchiz olunub.
Azərbaycan.- 2016.- 20 oktyabr.- S.3.