Ağstafa Rayon Mədəniyyət
Mərkəzi müasir tələblər
səviyyəsində yenidən qurulub
Oktyabrın 19-da Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Ağstafa Rayon Mədəniyyət Mərkəzində
əsaslı təmir
və yenidənqurmadan
sonra yaradılan şəraitlə tanış olub.
AZƏRTAC xəbər verir ki, bu gün digər sahələr kimi mədəniyyət sahəsi də dövlətimizin yüksək qayğısı ilə əhatə olunub. Azərbaycanda mədəniyyət sahəsinə dövlət səviyyəsində gündən-günə güclənən qayğı bu gün özünü daha aydın büruzə verir. Bu sahədə çalışanların iş şəraitini günün tələbləri səviyyəsinə çatdırmaq üçün məqsədyönlü tədbirlər uğurla davam etdirilir. Ağstafa Rayon Mədəniyyət Mərkəzinin əsaslı şəkildə yenidən qurulması bu qəbildən olan tədbirlərdəndir. Bu cür layihələrin paytaxtla yanaşı, regionlarda da geniş vüsət alması, ümumilikdə, respublikamızda mədəniyyət sahəsinin inkişafına töhfə verir.
Dövlətimizin başçısı Mədəniyyət Mərkəzinin binasında yaradılan şəraitlə tanış oldu.
Azərbaycan Prezidentinə məlumat
verildi ki, Ağstafa Rayon Mədəniyyət
Mərkəzinin yerləşdiyi bina
1950-ci ildə inşa edilib.
Ötən müddətdə binada əsaslı
təmir işləri aparılmadığından tikili köhnəlib və qəzalı vəziyyətə
düşüb. Prezident
İlham Əliyevin 2014-cü il 30 iyun tarixli
Sərəncamı ilə başlanan əsaslı
təmir işləri nəticəsində bina
tamamilə yenilənib. Binada yenidənqurma
və təmir işləri 2015-ci ilin
dekabrında başa çatıb. Mərkəzin
əsas tamaşa salonu
tamamilə yenilənib və genişləndirilərək 220 yerlik olub. Salonda
müasir oturacaqlar
quraşdırılıb və yüksək standartlara
uyğun səhnə yaradılıb.
Havalandırma sistemi ilə təchiz olunan binanın ümumi
sahəsi 680 kvadratmetrdir. Burada
kafe, inzibati,
yardımçı otaqlar və qrim otaqları, həmçinin kitabxana fəaliyyət göstərir. Mərkəzin yerləşdiyi Eyvaz
Qələmçəli və Nüsrət Kəsəmənli
küçələrində əsaslı təmir işləri
aparılıb, müasir
işıqlandırma sistemi
yaradılıb, səkilərə dekorativ
daş döşənib, asfalt
örtüyü yenilənib.
Azərbaycan,- 2016.- 20 oktyabr.- S.4.