“Azərbaycan
Respublikası Rabitə və Yüksək Texnologiyalar
Nazirliyinin tabeliyində İnformasiya
Texnologiyalarının İnkişafı Dövlət Fondu haqqında Əsasnamə”nin təsdiq
edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 aprel tarixli 853 nömrəli
Fərmanında dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 139-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 aprel tarixli 853 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 4, maddə 367; 2014, ¹ 5, maddə 477, ¹ 11, maddə 1414; 2016, ¹ 8, maddə 1384) ilə təsdiq edilmiş Əlavə II - “Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaitinin istifadəsi Qaydaları”nın 4.2-ci bəndində, 6.2-ci bəndinin birinci və ikinci cümlələrində ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
18 oktyabr 2016-cı il
Azərbaycan.- 2016.- 20 oktyabr.- S. 6.