“Normativ
hüquqi aktlar
haqqında” Azərbaycan Respublikasının Konstitusiya
Qanununda dəyişikliklər edilməsi
barədə
Azərbaycan
Respublikasının Konstitusiya Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsini rəhbər tutaraq qərara alır:
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 2, maddə 69) aşağıdakı dəyişikliklər edilsin:
1. 1.0.3-cü maddədə “Qanununda nəzərdə tutulan dövlət və ya yerli özünüidarə orqanı tərəfindən qəbul” sözləri “Qanununun 4.1-ci maddəsində müəyyən” sözləri ilə əvəz edilsin.
2. 4.1.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“4.1.3. maliyyə bazarları tənzimləyicisinin qərarları;”.
3. 80.0.2.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“80.0.2.3. “maliyyə bazarları tənzimləyicisinin qərarları”;”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr
2016-cı il
Azərbaycan.- 2016.- 20 oktyabgr.- S. 5.