Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Sizi əlamətdar bayram – Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə təbrik edir, xalqınızın və dövlətinizin rifahı, firavanlığı naminə ən xoş arzularımı çatdırıram.
Zati-alinizin səyahət və turizm sənayesinə şəxsi dəstəyi ölkənizin davamlı sosial-iqtisadi inkişaf və Azərbaycanın qlobal miqyasda turizm sahəsində güclü brend kimi mövqe qazanması üçün bu sektora verdiyi önəmi daha da artırır.
Bu səylərinizdə Dünya Turizm Təşkilatının davamlı dəstəyindən əmin olun. İnanıram ki, Azərbaycan və Dünya Turizm Təşkilatının möhtəşəm əlaqələri qarşıdan gələn illərdə də inkişaf edəcək.
Cənab Prezident, Sizi bir daha təbrik edir, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
Taleb Rifai
Dünya Turizm Təşkilatının
baş katibi
Azərbaycan.- 2016.- 20 oktyabr.- S.6.