Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Hörmətli cənab İlham Əliyev,
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə Sizə və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına öz adımdan və Fransada Azərbaycanın Dostları Assosiasiyasının üzvləri adından səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Qısa müddət ərzində Sizin ölkənizin siyasi, iqtisadi və sosial sahələrdə qazandığı uğurları, habelə Fransa ilə Azərbaycan arasında yaranmış hərtərəfli münasibətlərin yüksək inkişaf səviyyəsini müşahidə etməkdən qürur hissi keçirirəm.
Hörmətli Prezident cənab İlham Əliyev, bu xoş fürsətdən istifadə edərək, Azərbaycan xalqına mənim və Azərbaycanın bütün dostları adından sülh, tərəqqi və firavanlıq arzularımı çatdırmağınızı xahiş edirəm.
Dərin
hörmət və ehtiramla,
Jan Fransua Mansel
Fransa Milli
Assambleyasının deputatı,
Fransada Azərbaycanın Dostları
Assosiasiyasının prezidenti
Azərbaycan.- 2016.- 21 oktyabr.- S. 4.