Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq, “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununu “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 147-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Poçt haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 8, maddə 604; 2007, ¹ 5, maddə 442; 2008, ¹ 11, maddə 958; 2009, ¹ 7, maddə 517; 2010, ¹ 4, maddə 276; 2014, ¹ 10, maddə 1148; 2016, ¹ 3, maddə 409) 3.0.2-1-ci maddəsi ləğv edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2016-cı il

 

Azərbaycan.- 2016.- 22 oktyabr.- S. 2.