“Mühasibat
uçotu haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 144-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 8, maddə 605; 2008, ¹ 12, maddə 1049; 2010, ¹ 4, maddələr 265, 276; 2012, ¹ 6, maddələr 512, 529; 2013, ¹ 1, maddə 18; 2015, ¹ 7, maddə 819) 12.1-ci maddəsinin birinci cümləsində “dövlət orqanlarına” sözləri “müvafiq qurumlara” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
30 sentyabr 2016-cı il
Azərbaycan.- 2016.- 22 oktyabr.- S. 2.