Azərbaycanda demokratik inkişaf suverenlik prinsiplərinə əsaslanır

 

Ölkəmiz regionun sabitlik, inkişaf və etibarlı asayiş məkanı kimi tanınır

 

Azərbaycanın inkişafının Prezident İlham Əliyev tərəfindən elan edilmiş vacib istiqaməti, ilk növbədə, əhalinin maddi rifahının yüksəldilməsi, yeni yerlərinin açılması, orta təbəqənin mövqelərinin möhkəmləndirilməsidir. Dövlət başçısı praqmatik siyasətçi olaraq bu fikirdədir ki, dövlət idarəçiliyinin, birgəyaşayışın, vətəndaş-dövlət münasibətlərinin bugünkü reallıqda ən yaxşı, ahəngdar forması olan demokratiya yalnız iqtisadi cəhətdən inkişaf yolunda olan, xüsusi mülkiyyətçilik münasibətləri inkişaf edən dövlətlərdə bərqərar ola bilər.

Demokratik dövlətin bir təsisat kimi başlıca vəzifəsi isə bütövlükdə cəmiyyətin və ayrılıqda hər bir vətəndaşın maddi rifah halının yüksəldilməsi, onların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin olunması, habelə şəxsiyyətin azad inkişafı üçün bərabər imkanların yaradılmasıdır.

Bu gün İraqSuriya kimi dövlətlər terrorçu qruplaşmaların zülmündən əziyyət çəkirlər. Terrorçuların fəaliyyəti hər iki ölkəni daha böyük problemlərə düçar etməklə yanaşı, digər dövlətlərə də təhdidlər yaradır. Suriyadaİraqda özlərini İŞİD adlandıran terrorçu qruplaşmaya qarşı son vaxtlar əməliyyatlar daha da genişlənib. Buna baxmayaraq, Yaxın Şərq “barıt çəlləyi”nə çevrilib, burada ictimai-siyasi sabitliyin, sülh və təhlükəsizliyin pozulması ciddi kataklizmlərin yaşandığını göstərir. Dini-ekstremist meyillərin güclənməsi bu ölkələrdə xaos və anarxiyanın dərinləşdiyini deməyə əsas yaradır. İstər Avropada, istərsə də Asiyada iqtisadi tənəzzül müşahidə olunur. Lakin iqtisadi böhrana, siyasisosial kataklizmlərə baxmayaraq, Azərbaycan bu coğrafiyanın “sabitlik adası” kimi qalmaqdadır.

Azərbaycan yerləşdiyi coğrafi məkan üçün çox mühüm ölkədir. Respublikamız Avropanın enerji təhlükəsizliyində, nəqliyyat, kommunikasiya əlaqələrində böyük rol oynayır. Ən əsası, Azərbaycan dünyəvi dövlət olaraq zəngin multikulturalizm və tolerantlıq ənənələrinə malikdir. Azərbaycanda mütləq əksəriyyətin etimadını qazanan, sosial-iqtisadi inkişafı təmin edən, ictimai-siyasi sabitliyi qoruyub saxlayan, qlobal enerji layihələrinin gerçək təminatçısına çevrilən, ölkənin beynəlxalq arenada nüfuz və mövqelərini möhkəmləndirən güclü hakimiyyətin mövcudluğu antiazərbaycançı şəbəkəyə qətiyyən sərfəli deyil. Respublikamıza qarşı qərəzli mövqe tutan, onun güclü, qüdrətli dövlətə çevrilməsi ilə barışmayan müəyyən xarici qüvvələr antiazərbaycançı şəbəkənin xidmətlərindən yararlanmağa çalışırlar.

Ölkəmizə qarşı hücumların müəyyən geosiyasi proseslərlə bağlı olduğu danılmaz reallıqdır. Aşkar görünür ki, Avropada müəyyən ölkələr, o cümlədən təşkilatlar Azərbaycanın regionda durmadan artan nüfuzundan əndişələnirlər. Məsələ burasındadır ki, qarşıya qoyduğu bütün hədəflərə uğurla yetişən respublikamız özünəməxsus milli inkişaf modeli ilə müasir dünyanın yeni iqtisadi fenomeninə çevrilmək əzmi nümayiş etdirir. Son 13 ildə ölkəyə uğurla rəhbərlik edən Prezident İlham Əliyev praqmatikrasional düşüncəli lider kimi davamlı siyasi sabitliyə, təhlükəsizliyə, vətəndaş sülhünə, habelə güvənli xarici siyasətə nail olmaq üçün ilk növbədə iqtisadiyyatın davamlı inkişafını təmin edib. İqtisadi sahədə əldə olunan uğurlar ölkədə vətəndaşlarla iqtidarın mənəvi birliyini gücləndirməklə yanaşı, həm də ölkəmizin xarici siyasət sahəsində inamlı, qətiyyətli mövqeyini təmin edir.

Azərbaycan daim beynəlxalq hüquq norma və prinsiplərindən çıxış etməklə hansısa dövlətin daxili işlərinə qarışmır. Eyni zamanda bu faktla hər bir vətənpərvər azərbaycanlı fəxr edə bilər ki, respublikamız milli maraqları ilə bağlı məsələlərdə heç bir dövlətə, hətta ən yaxın müttəfiqlərinə də güzəştə getmək niyyətində olmadığını dəfələrlə sübuta yetirib. Bu prinsipial və qətiyyətli yanaşma ölkənin daxili işlərinə kobud şəkildə nüfuz etməyə, bu yolla iqtisadi-siyasi maraqlarını gerçəkləşdirməyə çalışan bəzi dövlətlərə, beynəlxalq qurumlara, transmilli korporasiyalara münasibətdə özünü daha kəskin şəkildə göstərib. Ölkə rəhbərliyi bu güniqtisadisiyasi islahatları hansısa dövlətin və ya beynəlxalq qurumun diktəsi altında deyil, elmi prinsiplərlə reallaşdırdığı mükəmməl strategiya əsasında aparır.

Prezident İlham Əliyev bu günlərdə “Sputnik Azerbaydjana müsahibəsində bildirib: “Azərbaycanın timsalında müasir dünyəvi müsəlman ölkəsinin nümunəsi hələ yetərincə öyrənilməyib, o, çox ölkələr üçün yaxşı nümunə ola bilərdi. Buna görə də radikalizmə qarşı mübarizə baxımından bizim üçün əsas məsələ özümüzü mövcud kənar fizikiinformasiya təhlükələrindən qorumaqdır. Lakin bunun üçün müvafiq orqanlar var, onlar ölkəmizin təhlükəsizliyini təmin edirlər və buna görə də Azərbaycan ətrafda gördüklərimizin hamısının fonunda sabitlik, inkişafasayiş məkanı kimi qalır. Biz, vətəndaşlarımız bunu çox yüksək dəyərləndiririk. Onlar qaynar nöqtələrdə, Avropa ölkələrində, MDB məkanında, Yaxın Şərqdə nələr baş verdiyini hər gün görürlər. Müharibə, qan, dağıntılar. Bu, bizim cəmiyyətimizi daha sıx birləşdirir. Bu - radikalizmə qarşı ən böyük “peyvənddir”. Lakin bütün bunlara baxmayaraq, biz öz siyasətimizin - məhz müasirliyə, dünyəviliyə, xeyirin şər üzərində üstünlüyünə yönəlmiş siyasətimizin həyata keçirilməsi üzrə fəaliyyətimizi bir an belə zəiflətməməliyik. Biz mütəmadi olaraq bu istiqamətdə işləyirik”.

Demokratik quruculuq yolu ilə gedən respublikamız həssas bir bölgədə yerləşsə də, onun həm iqtisadi, həm siyasi, həm də digər sahələrdə milli inkişaf modeli formalaşmışdır. Azərbaycanda demokratik inkişaf suverenlik və özünütəminetmə prinsiplərinə söykənir.

Son dövrdə “güclünün hüququ”, “yumruq hüququkimi yeni anlayışlar əxz etmiş beynəlxalq hüquq nəinki milli hüquqların qibtə etməyəcəyi səviyyəyə enmiş, həm də beynəlxalq hüququn “gərəksizləşməsi”, habelə güclü dövlətlərin beynəlxalq maraqlarının təminatı “vasitəsi”nə çevrilməsi prosesləri güclənmişdir.

Ermənistanın təcavüzkar dövlət olmasına, işğalçılıq siyasəti yürütməsinə açıq-aşkar göz yumulur. Bu bir yana, “demokratiya carçıları” Azərbaycandakı müsbət meyillərə kölgə salmağa çalışdıqları halda təcavüzkar dövlətin daxilində cərəyan edən antidemokratik proseslərə, dövlətin antihumanist, insanlığa qarşı yönəlmiş zorakı addımlarına da hər hansı münasibət göstərmirlər. Azərbaycanın danışıqlar prosesində ədalətli, prinsipial və beynəlxalq hüquqa əsaslanan mövqe nümayiş etdirməsi həm təcavüzkar tərəfə, həm də ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərə yaxşı məlumdur. Lakin aşkar görünür ki, “demokratiya çətiri” altında özünün imperialist siyasətini yürüdən, geosiyasiiqtisadi maraqları ətrafında reveranslar edən bəzi aparıcı dövlətlərin ikili oyunları beynəlxalq hüququ iflic duruma gətirib. Dağlıq Qarabağ münaqişəsinə ədalətsiz yanaşma da kifayət qədər üzdədir. Ermənistanın təcavüzkar dövlət olması, beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq işğalçılıq siyasəti yürütməsi təəssüf ki, etiraf olunmur. Halbuki BMT ilə yanaşı, ATƏT-in, AŞPA-nın, İƏT-in sənədlərində də Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı birmənalı qeyd olunub. Bütün bunlar hüquqisiyasi baxımdan xeyrimizə olsa da, reallıqda heç nə dəyişmir.

Bu gün bəzi dövlətlər təcavüzkar Ermənistanı dolayısı ilə himayə etdikləri halda Azərbaycanın regionda güclənməsi, müstəqil qərarlar qəbul etməsi ilə barışa bilmirlər. Danışıqlar prosesinin daha aktiv mərhələyə qədəm qoyduğu son illərin yekununda eyni proses, demək olar, yenidən təkrarlanır: həlledici qərarlar vermək ərəfəsində rəsmi İrəvan müxtəlif bəhanə və əsassız iddialarla əvvəlki müəyyən razılaşmalardan da geri çəkilməyə çalışır. Söhbət təcavüzkar ölkənin rəhbərliyinin danışıqlar prosesində əldə olunmuş real irəliləyişlərə şübhə toxumu səpmək, prosesi geriyə döndərərək praktik olaraq razılaşdırılmış məsələləri yenidən müzakirə predmetinə çevirmək, “dialoqa maraqlı tərəf” imitasiyası yaratmaqla prosesi süni şəkildə uzatmaq cəhdlərindən gedir. Rusiya, ABŞ və Fransa dövlətlərinin prezidentləri status-kvonun qəbuledilməz olduğunu və dəyişdirilməsinin vacibliyini dəfələrlə bildirsələr də, təəssüf ki, məsələ bu cür bəyanatlardan uzağa getmir.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı ölkəmizin prinsipal mövqeyini bir daha bəyan edib: “Biz münaqişənin həllini necə görürük: əlbəttə, Azərbaycanın ərazi bütövlüyü diskussiya mövzusu deyilola da bilməz. Biz Dağlıq Qarabağa müstəqillik verilməsinə heç vaxt razı olmayacağıq və erməni tərəfi bunu çox gözəl bilir. Lakin ağlabatan kompromis mümkündür: Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin təmin edilməsi, Azərbaycan tərəfindən investisiya layihələrinin həyata keçirilməsi, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənardakı ərazilərin azad edilməsi şərti ilə iki xalq arasında dinc qarşılıqlı fəaliyyət - biz münaqişənin nizamlanmasını belə görürük. Bu, bizim hazırda üzərində işlədiyimiz və vasitəçilərin irəli sürdüyü təkliflərlə həmahəngdir. Lakin münaqişənin nəyə görə nizamlanmamasının əsas səbəbi odur ki, Ermənistan artıq 24 ildir, Minsk qrupu yaradıldığı andan danışıqlar prosesinin azacıq da olsa, irəliləməsinə müxtəlif yollarla mane olur”.

Azərbaycan rəhbərliyinin uzaqgörənliklə yürütdüyü xarici siyasət strategiyası ölkəmizin dünya siyasi arenasında rolunu getdikcə möhkəmləndirməkdədir. Beynəlxalq arenada ölkəmizin ildən-ilə artan nüfuzu üzləşdiyimiz bütün problemlərin milli maraqlarımıza uyğun qısa vaxt ərzində həll olunacağına əminlik yaradır. Azərbaycanın artan iqtisadi qüdrəti qarşısında işğalçı Ermənistan son dərəcə dərin iqtisadi böhran keçirir. Bölgədə gerçəkləşdirilən bütün qlobal layihələrdən kənarda qalan Ermənistan əhalisinin sosial durumu olduqca acınacaqlıdır. Azərbaycan dövləti isə bütün sahələr üzrə davamlı inkişaf edərək dünyanın inkişaf etmiş ölkələri sırasına qoşulmaqdadır. Qüdrətli Azərbaycan qarşısında Ermənistanın uzun müddət tab gətirəcəyi isə mümkünsüzdür.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2016.- 22 oktyabr.- S. 1, 3.