Multikulturalizm hər iki qardaş ölkənin həyat tərzinə çevrilib
Qazaxıstanın rəsmi dövlət qəzeti olan “Egemen Qazaxıstan”da “Bakı multikulturalizmin paytaxtına çevrilib” adlı məqalə dərc edilib. Məqalədə bildirilir ki, bəşəriyyətin çətin
sınaqlar qarşısında
qaldığı, silahlı
münaqişələrin, beynəlxalq terrorizmin tüğyan etdiyi, insanların öz yurdlarını kütləvi
şəkildə tərk
etdikləri bir zamanda humanitar məsələlərin ən
yüksək səviyyədə
müzakirəsinə ciddi
ehtiyac yaranıb.
Bu baxımdan Azərbaycanın
paytaxtı Bakı şəhərinin ev sahibliyi etdiyi V Humanitar Forum çox böyük əhəmiyyətə malikdir.
Artıq
ənənəvi olaraq
keçirilən Forum siyasi
və mədəni həyatın mühüm
hadisəsinə çevrilib.
Füsunkarlığı ilə göz
oxşayan Bakı qlobal humanitar əməkdaşlıq üçün
beynəlxalq məkana,
“İntellektual Davosa” çevrilib.
Məqalədə Bakı Forumunun əsas məqsədlərindən
söhbət açılır. Bildirilir ki,
gələcəkdə beynəlxalq
səviyyədə baxılması
üçün yeni humanitar gündəmin formalaşdırılması, “dəyirmi
masalar” vasitəsilə
fərqli baxışlar
arasında dialoqun qurulması prioritet vəzifələrdəndir. Forum ideyalar, nəzəri və praktiki biliklərin mübadiləsi,
konstruktiv debat və müzakirələr
üçün vacib
platforma formalaşdırır.
Səksənə yaxın ölkədən
400-dən çox nümayəndənin,
o cümlədən müxtəlif
sahələr üzrə
13 Nobel mükafatçısının iştirak etdiyi V Forumda müzakirə edilən mövzular da kifayət qədər rəngarəng
və maraqlı olub.
Yazıda Prezident İlham Əliyevin Forumun açılışındakı nitqindən sitatlar gətirilir. Qeyd edilir ki, dövlət başçısı
diqqəti son vaxtlar kəskinləşən regional toqquşmalara, Avropada qaçqınlar probleminə
və radikal tendensiyaların güclənməsi
ilə bağlı məsələlərə cəlb
edib. Prezident İlham Əliyev
Azərbaycanın bundan
sonra da dinlərarası, mədəniyyətlərarası
dialoqun güclənməsinə
öz töhfələrini
verəcəyini vurğulayıb.
Bundan başqa, Qazaxıstanın populyar www.matritca.kz saytında tanınmış ictimai xadim, Humanitar Forumda iştirak etmiş Askar Kumiranın geniş məqaləsi yayılıb. Məqalədə qeyd olunur ki, Bakı Beynəlxalq Humanitar Forumunun işində Qazaxıstandan da ictimai-siyasi xadimlərin və ekspertlərin fəal iştirakı təqdirəlayiqdir. Bu il Foruma dövlət katibi Gülşar Abdıkalikova başda olmaqla Qazaxıstandan xeyli qonaq qatılıb. Bakı Humanitar Forumu təkcə ərazi bütövlüyü pozulmuş və işğala məruz qalmış Azərbaycan üçün deyil, bütün region ölkələri üçün çox əhəmiyyətli platformadır. Bakı artıq dünyanın intellektual elitası üçün həqiqi və real məkana çevrilib. Hazırda nəzəri və praktiki tərəfləri ilə multikulturalizmin müqayisəli tədqiqi, mədəniyyətlər və sivilizasiyalararası dialoq şəraitində XXI əsrin problemləri, sabit inkişaf üçün zəruri olan insan potensialının, universallığın formalaşması və tolerantlığın müstəqil mənəvi dəyər kimi önə çıxması kimi mühüm problemləri müzakirə etmək üçün bu qədər geniş tərkibli nümayəndələrin bir araya gəlməsinə qucaq açan qlobal miqyaslı intellektual məkanlar çox azdır. Bu baxımdan, Azərbaycanın və Qazaxıstanın siyasi kursu bir-birini tamamlayır. Hər iki ölkə multikulturalizmi dövlət siyasətinin prioritetləri sırasına daxil edib və bunu əyani olaraq fəal şəkildə həyata keçirir. Multikulturalizm hər iki qardaş ölkənin həyat tərzinə çevrilib.
AZƏRTAC
Azərbaycan.- 2016.- 22 oktyabr.- S. 7.