Azərbaycan və Venesuela prezidentlərinin görüşü
olub
Oktyabrın 22-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Venesuela Bolivar Respublikasının Prezidenti
Nikolas Maduro ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, Prezident
İlham Əliyev Venesuela Prezidentinin Azərbaycana səfərinin
ikitərəfli əməkdaşlığın
genişləndirilməsi və
ölkələrimiz arasında
münasibətlərin müxtəlif
sahələrdə inkişafı
üçün yaxşı
imkanlar yaratdığını
vurğuladı.
Venesuela
Prezidenti Nikolas Maduro Azərbaycana səfərinin
ikitərəfli əlaqələrin
inkişafına yol açacağını dedi.
O, bunun hər iki ölkənin regionları üçün
əhəmiyyətli olduğunu
bildirdi.
Görüşdə ticarət, investisiya qoyuluşu, energetika sahələrində əməkdaşlıq
əlaqələrinin araşdırılması
barədə fikir mübadiləsi aparıldı.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi
ilə bağlı Venesuela Prezidentinə məlumat verdi.
Dövlətimizin başçısı münaqişənin beynəlxalq
hüququn normaları
çərçivəsində həllinin vacibliyini vurğuladı.
Söhbət zamanı dünya bazarında neftin qiymətinin sabitləşdirilməsi
baxımından OPEC-ə üzv
və üzv olmayan ölkələr arasında əməkdaşlıq
məsələləri ətrafında
fikir mübadiləsi aparıldı.
Görüşdə beynəlxalq təşkilatlar,
o cümlədən Qoşulmama
Hərəkatı çərçivəsində
əməkdaşlıq məsələləri
müzakirə olundu.
Azərbaycan.- 2016.- 23 oktyabr.- S.2.