Şəhidlərin xatirəsinə ehtiram

 

Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro oktyabrın 22-də Şəhidlər xiyabanını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Venesuela Prezidenti Nikolas Maduro Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Venesuelanın və Azərbaycanın dövlət himnləri səslənib.

Azərbaycan paytaxtının mənzərəsini seyr edən Venesuela Prezidentinə Şəhidlər xiyabanının tarixipaytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

 

Azərbaycan.- 2016.- 23 oktyabr.- S.3.