Səfər başa çatıb

 

Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduronun Azərbaycan Respublikasına rəsmi səfəri oktyabrın 22-də başa çatıb.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Venesuela Prezidenti Nikolas Maduronu hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər yola saldılar.

 

Azərbaycan.- 2016.- 23 oktyabr.- S.3.