Hər iki ölkə arasında bütün
sahələrdə əlaqələr yüksək səviyyədədir
Oktyabrın
24-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiya
Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç
ilə təkbətək görüşü olub.
AZƏRTAC xəbər verir ki, görüşdə Xorvatiya Prezidentinin Azərbaycana səfərinin əhəmiyyəti vurğulandı. Dövlətimizin başçısı bu ilin əvvəlində Londonda keçirilən “Suriyaya və regiona dəstək” konfransı çərçivəsində Prezident Kolinda Qrabar-Kitaroviç ilə görüşünü və Xorvatiyaya səfərlərini xatırlatdı, ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu dedi.
Azərbaycana səfər etməkdən məmnunluğunu bildirən Xorvatiya Prezidenti səfər çərçivəsində keçiriləcək biznes forumun önəmini vurğuladı. Prezident Kolinda Qrabar-Kitaroviç Xorvatiya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməkdə maraqlı olduqlarını qeyd etdi.
Söhbət zamanı ikitərəfli əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi. Münasibətlərimizin bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olundu.
Görüşdə ikitərəfli və
qarşılıqlı maraq doğuran məsələlər ətrafında
fikir mübadiləsi aparıldı.
Azərbaycan.- 2016.- 25 oktyabr.- S.2.