İlham Əliyev:
“Ölkələrimiz bir sıra sahələrdə
çox yaxın tərəfdaşlıq
əlaqələri qurublar”
Kolinda Qrabar-Kitaroviç: “İki ölkə
arasında strateji tərəfdaşlıq
və dostluqla bağlı atılmalı olan konkret addımlar var”
Oktyabrın 24-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə geniş tərkibdə görüşü olub.
Azərbaycan Prezidenti İlham
ƏLİYEV dedi:
- Xanım Prezident.
Əziz qonaqlar.
Azərbaycana xoş gəlmisiniz. Sizi ölkəmizdə
görməyə şadıq.
Xorvatiya Prezidentinin ölkəmizə
səfəri böyük
əhəmiyyət kəsb
edir. Bizim bir qədər
əvvəl ikitərəfli,
regional və təhlükəsizliklə
bağlı məsələlər
barədə fikir mübadiləsi aparmaq imkanımız oldu. Gördüyümüz kimi, mövqelərimiz
üst-üstə düşür.
Biz ikitərəfli əməkdaşlığı inkişaf etdirmək istəyirik. İndi bunun
üçün yaxşı
imkan var. Bizim müxtəlif sahələrdə
yaxın siyasi əlaqələrimiz var. Xanım
Prezidentin səfəri
bunu bir daha nümayiş etdirir. Sabah biznes
dairələrinin çox
maraqlı toplantısı
keçiriləcək. Biz ticarət mübadiləsinin
səviyyəsini və
investisiyaları necə
artıra biləcəyimizə
və digər imkanlara nəzər salmalıyıq.
Əlbəttə ki, enerji sahəsində
əməkdaşlıq olduqca
böyük əhəmiyyət
kəsb edir. Biz cədvəl üzrə icra edilməkdə olan “Cənub” Qaz Dəhlizində tərəfdaşıq. Bizim çox
geniş gündəliyimiz
var. Əlbəttə ki,
Xorvatiyanın mühüm
rol oynadığı
Avropa İttifaqı-Azərbaycan
əməkdaşlığı var və biz bu istiqamətdə və bütün digər sahələrdə
daha çox irəliləyiş görmək
istəyirik.
Düşünürəm ki, ölkələrimiz bir sıra sahələrdə
çox yaxın tərəfdaşlıq əlaqələri
qurublar. Biz xüsusilə
ticarət, iqtisadi inkişaf, şirkətlər
arasında əlaqələr
sahələrində daha
nələr edə biləcəyimizə nəzər
salmalıyıq. Çünki
qeyd etdiyim kimi, siyasi əlaqələr
çox yaxşıdır
və Sizin
səfərinizdən sonra
daha da yaxşı
olacaq. Mən əminəm ki,
səfər çox uğurlu keçəcək
və dostluq əlaqələrimizin inkişafında
daha bir mühüm addım olacaq.
Xanım
Prezident, bir daha xoş gəlmisiniz.
X X
X
Xorvatiya
Prezidenti xanım Kolinda Qrabar-KİTAROVİÇ
dedi:
- Təşəkkür edirəm,
cənab Prezident. Bu səhər burada
olmaqdan çox məmnunuq. Çox səmimi qarşılanmaya
görə təşəkkür
edirəm.
Bizim artıq
ötən gecə Bakıda və Azərbaycanın digər
yerlərində yaşayan
Xorvatiya icmasının
üzvləri ilə görüşmək imkanımız
oldu. Mən şadam ki,
milli futbol komandanızın baş məşqçisi Prosineçki
ilə yanaşı, xüsusilə iqtisadi sektorda, əczaçılıq,
həmçinin nəqliyyat,
mühəndislik və
digər sahələrdə
çalışan bir
çox başqa insanlar var.
Sizin
2013-cü ildə Zaqrebə
səfərinizdən və
bu il
Suriya ilə bağlı Londonda keçirilən konfrans çərçivəsində görüşümüzdən sonra bu gün
əlaqələrimizi daha
da inkişaf etdirməklə bağlı
müzakirələr aparmaq
üçün yaxşı
imkan var.
Cənab
Prezident, qeyd etdiyiniz kimi, bizim aramızda açıq qalan məsələlər yoxdur.
Siyasi əlaqələrimiz çox
yaxşıdır. Lakin
bu əlaqələri
inkişaf etdirmək üçün daha çox imkanlar var. Xüsusilə iqtisadiyyat, mübadilə, investisiya və ticarət sahələrində əməkdaşlığımızı,
həmçinin xalqlar
arasında, mədəniyyət,
təhsil, müdafiə
və təhlükəsizlik
sahələrində əlaqələri
və bizim hamımıza təsir edən regional və qlobal təhlükəsizliklə
bağlı hərtərəfli
əməkdaşlığı, əlaqələndirməni və
məsləhətləşmələri dərinləşdirmək və
genişləndirmək üçün
çoxlu imkanlar var. İki ölkə arasında strateji tərəfdaşlıq və
dostluqla bağlı Zaqreb Bəyannaməsinin imzalanmasından sonra, düşünürəm ki,
hökumətlərarası komissiyanın görüşüb
hərtərəfli əməkdaşlığa,
daha çox irəliləyişə nail olmağın
təfərrüatları ilə
bağlı müzakirələr
aparması baxımından
atılmalı olan konkret addımlar var.
X X
X
Görüşdə iqtisadi, yüksək texnologiyalar, ticarət dövriyyəsinin genişləndirilməsi,
gəmiqayırma, nəqliyyat,
enerji, kənd təsərrüfatı, ərzaq
sənayesi, turizm, əczaçılıq sahələrində
əməkdaşlıq imkanları
ətrafında fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi
barədə Xorvatiya Prezidentinə məlumat verdi.
Prezident Kolinda Qrabar-Kitaroviç Xorvatiyanın Azərbaycanın
ərazi bütövlüyünü
və suverenliyini dəstəklədiyini bir
daha ifadə etdi.
Söhbət zamanı Azərbaycan-Xorvatiya əlaqələrinin
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı
çərçivəsində önəmi qeyd
olundu.
AZƏRTAC
Azərbaycan.- 2016.- 25 oktyabr.- S.2.