Xorvatiyalı qonaq Qobustan Milli Tarixi-Bədii Qoruğundan xoş təəssüratla ayrılıb
Azərbaycanda rəsmi səfərdə
olan Xorvatiya Respublikasının Prezidenti
xanım Kolinda Qrabar-Kitaroviçin həyat
yoldaşı Yakov Kitaroviç oktyabrın
24-də Qobustan Milli Tarixi-Bədii Qoruğunda olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə
qonaq qoruğun ərazisində yaradılmış
muzeydə nümayiş
etdirilən eksponatlara
baxıb.
Məlumat verilib ki, Qobustan
Dövlət Tarixi-Bədii
Qoruğu açıq
səma altında qoruq-muzey kimi böyük şöhrət
qazanıb. Ərazidə daş dövründən
son orta əsrlərə
qədərki həyat
və məişəti
əks etdirən çoxsaylı maddi mədəniyyət nümunələrini
müasir azərbaycanlıların
ulu əcdadları min
illər ərzində
yaradıblar. Qobustan qaya
rəsmləri dünyada
bu tipli abidələrdən ən
zənginidir. Qoruq
ərazisində alimlər
tərəfindən 6 mindən
çox qayaüstü
təsvir, 20 mağara
və yaşayış
yeri, 40 kurqan aşkar edilib və öyrənilib.
Qeyd edilib ki, Qobustan
Milli Tarixi-Bədii Qoruğundakı nadir qayaüstü
rəsmlərin geniş
təbliğinin xüsusi
əhəmiyyətini nəzərə
alan dövlətimizin
başçısı İlham
Əliyevin Sərəncamı
ilə qoruq muzeyi üçün yeni bina tikilib.
Xorvatiyalı qonağın diqqətinə
çatdırılıb ki,
dünya əhəmiyyətli
tarixi abidə olan Qobustan qoruğu
2007-ci ildə UNESCO-nun maddi-mədəni
irs siyahısına
daxil edilib.
Qədim insan məskəni ilə tanışlıqdan
məmnun qalan Yakov Kitaroviç ərazidə aparılmış
tədqiqat işləri
ilə və tarixi eksponatlarla maraqlanıb.
Qonaq Qobustan Milli Tarixi-Bədii Qoruğundan xoş təəssüratla ayrılıb.
AZƏRTAC
Azərbaycan.- 2016.- 25 oktyabr.- S.4.