Xorvatiyalı qonaq "Azərkosmos" Açıq Səhimdar Cəmiyyətinin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzi ilə tanış olub

 

Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin həyat yoldaşı Yakov Kitaroviç oktyabrın 24-də Azərbaycanın milli peyk operatoru “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin (ASC) binasında olub.

AZƏRTAC xəbər verir ki, tanışlığa Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzindən başlayan qonağa məlumat verilib ki, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 3 may tarixli Sərəncamı ilə yaradılıb.

“Azərkosmos” ASC-nin direktor müavini Rövşən Rüstəmov bildirib ki, şəbəkədə transponderin tam dövründə icarəsi, transponderin çevik əməliyyatlar zamanı icarəsi, qısamüddətli tutumdan istifadə, televiziya kanallarının yayımı, peyk xəbərləri toplusu, çox kiçik apertura terminalı, uzaqdan əlaqə, peyk üzərindən İP, çevik tutum icarəsi, siqnalın peykə qaldırılması, siqnalın retranslyasiyası, peyk məzmununun alınması, video distribusiya, VNO (Virtual Şəbəkə Operatoru), internet bağlantısı və digər xidmətlər fəaliyyət göstərir.

Qonaq peyk vasitəsilə teleradio yayımı, səs və videonun ötürülməsi mexanizmi ilə tanış olub.

Diqqətə çatdırılıb ki, təsis edildiyi gündən bu günədək “Azərkosmos” təyinatına görə telekommunikasiya peyki “Azerspace-1” və Yer Səthinin Məsafədən Müşahidə PeykiAzerskydaxil olmaqla 2 peykin operatorudur. Bu məqsədlə “Azərkosmos” 2017-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45 dərəcə şərq uzunluğu orbital mövqeyinə çıxarmağı və yaxın gələcəkdə Yer səthinin məsafədən müşahidə peyki əldə etməyi planlaşdırır.

Sonda xorvatiyalı qonağa “Azerspace-1”in peyk modeli hədiyyə olunub.

 

Azərbaycan.- 2016.- 25 oktyabr.- S. 4.