“İlham
Əliyevdən “İqtibaslar” kitabı elektron versiyada təqdim olunub
“İlham Əliyevdən “İqtibaslar”: Azərbaycan Prezidenti dövlət quruculuğunun əsas istiqamətləri haqqında” kitabı oxuculara elektron versiyada da (http://azleadersays.com/az/) təqdim olunub.
AZƏRTAC xəbər verir ki, üç dildə - Azərbaycan, rus, ingilis dillərində oxuculara təqdim olunan kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət quruculuğuna dair əsas məsələlər haqqında nə düşündüyü barədə məlumat əldə etmək imkanı yaradır. Burada Cənubi Qafqazın lider ölkəsinin birinci şəxsinin demokratik proseslər, xarici siyasət, münaqişələr, təhlükəsizlik problemləri, terrorçuluqla mübarizə, iqtisadiyyat, dünya ictimaiyyətinə inteqrasiya, regional layihələr və s. haqqında ən vacib sitatları yer alır.
Redaktoru Fuad Axundov olan bu informasiya məhsulu həm yerli, həm də əcnəbi diplomatlar, politoloqlar, dövlət xadimləri və ictimai xadimlər, analitiklər, alimlər, gənc mütəxəssislər və digərləri üçün Azərbaycan Prezidentinin baxışları və prinsiplərinin toplandığı faydalı mənbədir.
Analitiklər üçün ən yaxşı mənbə dövlətin birinci şəxsinin mövqeyi, onun səsləndirdiyi arqumentlər, plan və perspektivlərdir. Beləliklə, yaşadığımız həyat özü “İlham Əliyevdən “İqtibaslar”: Azərbaycan Prezidenti dövlət quruculuğunun əsas istiqamətləri haqqında” kitabının yaranma zərurətini üzə çıxardı.
Kitabda Prezident İlham Əliyevin ən vacib bəyanatları və xüsusi diqqət cəlb edən sitatları şərhsiz dərc edilib. Burada dünyanın maraqları kontekstində Azərbaycanı narahat edən bütün problemlərlə bağlı dövlətimizin başçısının fikirləri əksini tapıb. Oxucu Azərbaycan Prezidentinin xarici siyasət və iqtisadiyyat prioritetləri, geosiyasi və geoiqtisadi layihələr, münaqişələrin həlli prinsipləri, demokratiya və insan haqları məsələlərinə baxışı, dünya birliyinə inteqrasiya, sabitlikdən inkişafa keçid proqramı və bir çox digər məsələlərlə tanış olmaq imkanı qazanır.
Bu toplu Azərbaycanı dünyada gedən qlobal proseslər kontekstində tədqiq etmək istəyənlər üçün qiymətli mənbədir. Burada ölkənin regional əhəmiyyətini, inkişaf templərini, iqtisadi və sosial inkişafını araşdırmaq niyyətində olan xarici diplomatlar, politoloqlar, alimlər, tələbələr üçün çox qiymətli və əhatəli materiallar əksini tapıb.
Tədris vəsaiti
funksiyalarına malik olan
bu kitabda Prezident İlham
Əliyevin çıxışları tematik
bloklarla verilib ki, bu da
məlumat axtarışını, araşdırmanı və
müqayisəli təhlili asanlaşdırır, bu və ya digər mövzunun inkişafını ardıcıl
şəkildə izləməyə imkan verir. Azərbaycanın
inkişafının vacib mərhələlərini
əhatə edən bu kitab
suveren ölkəmizin
tarixşünaslığına dəyərli töhfədir.
Azərbaycan.- 2016.- 25 oktyabr.- S. 5.