Tarixi səfər

 

Venesuela Azərbaycanın zəngin təcrübəsindən istifadə edəcək

 

Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduronun bu günlərdə Azərbaycana rəsmi səfəri ikitərəfli əlaqələrin inkişafında yeni mərhələ oldu. Hər iki dövlət yerləşdikləri regionlar üçün çox mühüm əhəmiyyət kəsb edir. Tarixdə ilk dəfə olaraq Venesuela dövlətinin başçısı ölkəmizə səfər etdi. Bu səfər qarşılıqlı əlaqələrin genişləndirilməsi baxımından böyük perspektivlər açır.

Prezident İlham Əliyevlə Venesuela Prezidenti arasında keçirilən görüşdə ticarət, investisiya qoyuluşu, energetika sahələrində əməkdaşlıq əlaqələrinin araşdırılması barədə fikir mübadiləsi aparıldı. Əlaqələrimizin möhkəmləndirilməsi üçün yaxşı perspektivlərin olduğu vurğulandı. Görüşdə həmçinin dünya bazarında neftin qiymətinin sabitləşdirilməsi baxımından OPEC-ə üzvüzv olmayan ölkələr arasında əməkdaşlıq məsələləri, beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə predmeti oldu. Neft hasil edən hər iki ölkə iqtisadiyyatın şaxələndirilməsində təcrübə mübadiləsi aparmağı da vacib saydı.

Dövlət başçıları arasında görüş başa çatdıqdan sonra Azərbaycan-Venesuela sənədlərinin imzalanması mərasimi keçirilib. Bu sırada Azərbaycan Respublikası PrezidentininVenesuela Bolivar Respublikası Prezidentinin birgə bəyanatı, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Venesuela Bolivar Respublikasının Xarici İşlər üzrə Xalq Hakimiyyəti Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılması haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti ilə Venesuela Bolivar Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Sazişi göstərmək olar. Bu sənədlərin imzalanması iki ölkə arasında əməkdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bir daha nümayiş etdirdi.

Bu səfər iki ölkə arasında əməkdaşlıq üçün daha böyük potensialın olduğunu üzə çıxardı. Səfər çərçivəsində imzalanmış bir sıra sazişlər siyasiiqtisadi əməkdaşlıq baxımından geniş imkanlar açır. Hazırda Azərbaycan və Venesuela respublikaları Qoşulmama Hərəkatında tərəfdaşdırlar. Təşkilat çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi qarşıya vəzifə kimi qoyulub. Ölkələrimiz arasında mədəniyyət, humanitar, iqtisadi sahələrdə əməkdaşlığın qurulması üçün böyük imkanlar var.

Prezident İlham Əliyev iki ölkə arasında münasibətlərin uğurla inkişaf edəcəyini əminliklə ifadə edib: “Bu səfərin çox böyük əhəmiyyəti var. Əminəm ki, səfər Venesuela-Azərbaycan əlaqələrinin inkişafı üçün çox mühüm rol oynayacaq. Biz istəyirik ki, əlaqələrimizi genişləndirək. Biz istəyirik ki, ikitərəfli formatda çox etibarlı tərəfdaşlıq yaransın. Əminəm ki, buna nail olacağıq. Bizim bugünkü görüşümüzün xüsusi mənası var. Tarixdə ilk dəfədir ki, Venesuela Prezidenti Azərbaycana rəsmi səfərə gəlib. Bu səfərin tarixdə çox böyük rolu olacaq.

Bu gün üç sənəd imzalanmışdır. Onların arasında, əlbəttə ki, Birgə Bəyannaməni xüsusilə qeyd etmək istəyirəm. Bu, çox sanballı və dəyərli bir sənəddir. Birgə Bəyannamədə bizim niyyətimiz ifadə olunur. Biz planlarımız haqqında öz niyyətimizi ifadə edirik. Birgə Bəyannamədə gələcək əməkdaşlıq üçün əsas istiqamətlər müəyyən edilir - siyasi əlaqələrin inkişafı, iqtisadi sahədə əməkdaşlıq, sərmayə qoyuluşu, energetika sahəsində əməkdaşlıq, nəqliyyat, elm, təhsil, ətraf mühitin qorunması. Yəni bu sənəddə, demək olar ki, bütün əsas istiqamətlər öz əksini tapır. Birgə Bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müddəaları xüsusilə qeyd etmək istərdim. Bu bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı əsasında həll olunması qeyd edilir. Bu ədalətli mövqeyə görə, cənab Prezident, Sizə öz minnətdarlığımı bildirmək istəyirəm”.

Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkənin sosial-iqtisadi və mənəvi inkişafının təmin edilməsi dövlətimizin beynəlxalq miqyasda siyasi imicini daha da yüksəltmiş, onu beynəlxalq münasibətlər sisteminin bərabərhüquqlu subyektinə çevirmişdir. Regionda beynəlxalq və regional miqyasda nəhəng layihələrin əsas təşəbbüskarlarından və icraçılarından biri olan Azərbaycan dünyanın aparıcı dövlətləri üçün etibarlı və inamlı tərəfdaşdır. Azərbaycan-Venesuela əlaqələrinin bütün sahələrdə inkişaf etdirilməsi ölkələrimizin sosial-iqtisadi yüksəlişinə təkan verəcək.

Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Azərbaycanla bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduqlarını bildirib: “Biz dünyanın inkişaf edən ölkələriyik. XXI əsr bizim əsrimizdir. Bu əsr ərzində mədəniyyətlərimiz, dəyərlərimiz, sülhinkişaf şəraitində yaşamaq arzumuz hamıya məlum olacaq. 500 il ərzində bir-birimizi tanımamışıq. Lakin bundan sonra bir-birimizi tanıyacağıq. Bakı və Karakas, inkişaf edən iki dövlətimiz inkişafda olan digər ölkələrlə yanaşı, bəyan etmək istəyirik ki, biz xalqlarımız üçün sülhrifah arzu edirik. Məhz bu məqsəd üçün çalışırıq. Xalqlarımızın xoşbəxtliyi üçün əlaqələr qururuq. İqtisadi sahədə bir sıra tədbirlərin görülməsi ilə bağlı razılığa gəldik. İqtisadi məsələlər üzrə vitse-prezident buradadır. Yaxın vaxtlarda xarici ticarət və sərmayələr naziri Xesus Farias ticari münasibətlərin stimullaşdırılması, təmasların qurulması və məlumat mübadiləsi istiqamətində zəruri addımların atılması üçün Bakıya səfər edəcək.

Bizim iki güclü neft şirkətimiz iqtisadi, maliyyə, texnoloji, ticaripraktiki mübadilələr üçün yaxın vaxtlarda əməkdaşlığa başlayacaq. Prezident Əliyev bildirmişdir ki, Azərbaycan neftinin 95 faizi dənizdə hasil olunur. Bu, Venesuela üçün lazım olan zəngin təcrübədir. Texniki mütəxəssislərimiz təkmilləşə, dövlətlərimiz və şirkətlərimiz arasında enerji sahəsində münasibətlər daha da dərinləşə bilər”.

Azərbaycanın zəngin enerji resursları həm ölkəmizin iqtisadi potensialını gücləndirir, həm də regional əməkdaşlıqda çox mühüm rol oynayır. Tikilib istifadəyə verilmiş neft kəmərləri Azərbaycan neftini dünyaAvropa bazarlarına çıxarır. Respublikamız qlobal miqyasda artıq qaz ixrac edən ölkəyə çevrilib. Azərbaycan öz enerji problemlərini uğurla həll edib. Regional əməkdaşlıq müstəvisində həm nəqliyyat, həm də enerji sektorundakı təşəbbüslərin artırılması daha da böyük uğurlara gətirib çıxarıb. Bu gün bölgədə Azərbaycanın iştirakı olmadan hər hansı layihəni gerçəkləşdirmək mümkün deyildir. Azərbaycan artıq Avropanın qaz bazarında mühüm iştirakçıya çevrilməkdədir. Azərbaycan tərəfindən irəli sürülmüş “Cənub qaz dəhlizi” layihəsi hazırda ümumi investisiya həcmi 45 milyard dollardan çox olan ən böyük infrastruktur layihələrindən biridir. Bu layihədə Azərbaycan investor, podratçı və layihənin təşkilatçısı kimi geniş şəkildə iştirak edir. Venesuela Azərbaycanın enerji təhlükəsizliyi məsələsində oynayacağı rolu müsbət qiymətləndirərək bu sahədə əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bəyan edib.

Venesuela Prezidentinin Azərbaycana rəsmi səfərinin yekunları ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu təsdiqlədi. Azərbaycan və Venesuela arasında qurulan dostluq münasibətləri onu deməyə əsas verir ki, yaxın illərdə mühüm nəticələr əldə ediləcək.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2016.- 25 oktyabr.- S. 1, 6.