Azərbaycan alimi beynəlxalq forumda məruzə
edib
Rusiyanın Rostov-Don şəhərində qafqazşünas tarixçilərin IV beynəlxalq forumu keçirilib. Rusiya Cənub Federal Universiteti, Rusiya Elmlər Akademiyasının Cənub Elmi Mərkəzi, Çeçen Respublikası Elmlər Akademiyası, “Qafqaz-yeni üfüqlər” Fondu və “Ölkə” Regional Tədqiqatlar Fondunun təşkilatçılığı ilə təşkil edilən forumda Azərbaycan, Gürcüstan və İsraildən olan qafqazşünas tarixçilər də iştirak ediblər.
Forumun plenar
iclasında Milli Məclisin deputatı,
AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı “XIX əsrdə Qafqazda köçürmə siyasəti və
nəticələri (Rusiya arxiv
materialları əsasında)” mövzusunda
məruzə ilə çıxış edib.
Rusiya arxivlərinin ən mötəbər
mənbələri əsasında hazırlanan məruzə maraqla qarşılanıb və yüksək
qiymətləndirilib. Azərbaycan alimi, eyni zamanda bölmə
iclaslarından birinə sədrlik edib.
Azərbaycan.- 2016.- 25 oktyabr.- S. 6.