“LETO AMOR-2016” fotomüsabiqəsinə
yekun vurulub
Gənclərin yaradıcılıq imkanlarının inkişafına
və həvəskar fotoqrafların peşəkarlığının
artmasına kömək
etmək məqsədi
ilə Rusiyanın Azərbaycanlı Gənclər
Birliyinin (RAGB) sədri
Leyla Əliyevanın təşəbbüsü ilə
hər il
“LETO AMOR-2016” fotomüsabiqəsi keçirilir.
Oktyabrın 23-də “Moskva Xoll” konsert
salonunda müsabiqənin
yekunları elan edilib. Azərbaycanın Gənclər
və İdman Nazirliyinin köməyi ilə təşkil edilən müsabiqədə
beş nominasiyada
ən yaxşı fotoəsərlər qiymətli
mükafatlarla qeyd edilib.
RAGB-ın idarə heyətinin üzvü Emin Hacıyev “LETO
AMOR-2016” müsabiqəsinə maraq göstərib, bura qatılan hər kəsə təşəkkür edərək
deyib: “Biz xeyli fotoşəkil almışıq.
Bu fotoşəkillərdən
görünür ki,
RAGB artıq geridə
qalan yayın hətta ən qızmar günlərində
belə Azərbaycanın
müxtəlif guşələrində
sizi müşayiət
edib. Müstəqil
münsiflər heyətiVətənimizin
sürətlə dəyişən
simasını, Azərbaycan
təbiətinin bənzərsiz
mənzərələrini, adət-ənənələrimizi göstərmək vəzifəsini
daha dəqiq əks etdirən fotoşəkilləri seçmək
üçün çətin
iş görüb”.
Müsabiqənin yekunlarına əsasən,
qaliblər müəyyən
edilib. “Bakı - keçmiş, indi və gələcək” nominasiyasında birinci yeri İ.M.Seçenov adına Birinci
Moskva Dövlət Tibb Universitetinin tələbəsi Pənah
Pənahov tutub. “Doğma diyarım” nominasiyasında S.Q.Stroqanov
adına Moskva Dövlət Sənaye-İstehsalat Akademiyasının
tələbəsi Məhər
Məhərrəmov fərqlənib.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) və
“Ali İqtisadiyyat Məktəbi”
Milli Tədqiqat Universitetinin tələbələri
Yelizaveta İvançukun
və Pərvin Tağıyevanın fotoşəkilləri
müvafiq olaraq “Müasir turizm” və “Adət-ənənələr”
nominasiyalarında qalib
gəlib. Moskva Şəhər Pedaqoji
Universitetinin tələbəsi
Fatimə Hümbətova
“Milli mətbəx” nominasiyasında birinci yerə layiq görülüb. Qaliblərə qiymətli hədiyyələr
təqdim edilib.
Müsabiqənin qalibi, M.V.Lomonosov
adına MDU-nun tələbəsi Yelizaveta
İvançuk AZƏRTAC-ın
müxbiri ilə söhbətində rusiyalı
tələbələr qrupunun
tərkibində Bakıya
səfərindən söz
açaraq deyib: “RAGB-ın sədri Leyla Əliyevanın dəvəti ilə bu ilin iyul
ayında Bakıya getdik. Fəxri xiyabanı ziyarət
etdik, Azərbaycanın
ümummilli lideri Heydər Əliyevin məzarı önünə
çiçəklər qoyduq.
Biz Rusiyanın Azərbaycandakı səfiri
Vladimir Doroxinlə də
görüşdük. O, bizə səfirliyin fəaliyyətindən və
Azərbaycanda təhsil
proqramlarından danışaraq,
tələbələrin suallarına
cavab verdi.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə görüşümüz isə
ən unudulmaz təəssürat oldu. Leyla İlham
qızı görüşün
hər bir iştirakçısını şəxsən salamladı.
Biz şəhərinizlə
bağlı təəssüratlarımızı
onunla bölüşdük.
Leyla Əliyeva Heydər Əliyev Fondunun fəaliyyətindən və
xeyriyyəçilik işlərindən
danışdı. Bakıda olan
MDU-nun tələbələri Azərbaycanın qonaqpərvərliyini,
mehribanlığını və zəngin mədəniyyətini heyranlıq
və minnətdarlıq
hissi ilə xatırlayırlar. Biz şadıq ki, MDU-nun Tələbə Şurasının
Rusiyanın Azərbaycanlı
Gənclər Birliyi ilə əməkdaşlığı
tələbələrimizə fayda gətirir. Əminik ki, gələcəkdə
daha maraqlı birgə layihələrimiz
olacaq”.
Tədbirin sonunda “Qradski Xoll” teatrının solisti Emil Qədirovun, “Qolos. Deti - 3” müsabiqəsinin finalçısı Azər
Nəsibovun və başqalarının iştirakı
ilə əyləncəli
konsert proqramı təqdim edilib.
AZƏRTAC
Azərbaycan.- 2016.- 25 oktyabr.- S. 7.