Prezident İlham
Əliyev Avropa İttifaqının Cənubi
Qafqaz üzrə xüsusi
nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi
nümayəndəsi Herbert Salberin başçılıq
etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən proseslər müzakirə edildi, Ermənistanın qeyri-konstruktiv mövqe tutaraq bu münaqişənin həllinə daim əngəl yaratdığı vurğulandı.
Söhbət zamanı Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
həllində həmsədrlərin və beynəlxalq birliyin rolu ətrafında
fikir mübadiləsi aparıldı.
AZƏRTAC
Azərbaycan.- 2016.- 26 oktyabr.- S.1.