“Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə
məsələləri haqqında” Azərbaycan Respublikası
Qanununun və həmin Qanunla
təsdiq edilmiş Azərbaycan Respublikası
Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi
barədə” Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli
387 nömrəli Fərmanında dəyişikliklər edilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 8 (III kitab), maddə 610; 2001, ¹ 10, maddə 646; 2002, ¹ 5, maddələr 273, 279, ¹ 7, maddə 413, ¹ 8, maddə 478, ¹ 9, maddə 563; 2003, ¹ 8, maddə 434; 2004, ¹ 1, maddə 19, ¹ 5, maddə 345; 2005, ¹ 1, maddə 18, ¹ 4, maddə 299, ¹ 9, maddə 799, ¹ 12, maddə 1101; 2006, ¹ 8, maddə 676, ¹ 11, maddə 935; 2007, ¹ 1, maddə 10, ¹ 3, maddə 223, ¹ 9, maddə 865, ¹ 12, maddə 1247; 2008, ¹ 1, maddələr 7, 10; 2009, ¹ 7, maddələr 531, 534; 2010, ¹ 7, maddə 615; 2011, ¹ 11, maddə 999; 2013, ¹ 5, maddə 509, ¹ 6, maddə 649, ¹ 8, maddə 900; 2014, ¹ 4, maddə 348, ¹ 6, maddə 625; 2015, ¹ 12, maddələr 1450, 1461; 2016, ¹ 4, maddələr 667, 669) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. Beşinci abzasdan “192-1,” rəqəmləri çıxarılsın.
2. On beşinci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda on altıncı abzas əlavə edilsin:
“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə - bu işi başlamış Azərbaycan Respublikasının Vergilər Nazirliyi və ya daxili işlər (polis) orqanları.”.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
25 oktyabr 2016-cı il
Azərbaycan.- 2016.- 26 oktyabr.- S. 2.