Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab
İlham Əliyevə
Əziz İlham Heydər oğlu.
Sizi Azərbaycanın
dövlət müstəqilliyinin
bərpasının 25-ci ildönümü
münasibətilə təbrik
edirəm. Sizin ölkəniz öz
dövlətçiliyinin bərqərar
olması uğrunda uzun mübarizə yolu keçib. Azərbaycanlıların neçə-neçə
nəsillərinin arzusunda
olduğu azad, suveren Azərbaycan düz iyirmi beş il
bundan əvvəl gerçəkliyə çevrildi.
Bütün bu illər ərzində
Azərbaycan quruculuq və inkişaf yollarında inamla irəliləyir, onun uğurları hörmət
və heyranlıq doğurur. Sizin rəhbərliyinizlə Azərbaycan dövlətində
genişmiqyaslı dəyişikliklər
davam edir.
Bizim xalqlarımız
bir-birinə çoxillik
dostluq telləri ilə bağlıdır. Ukrayna-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsinə
şəxsi töhfənizə
görə Sizə təşəkkür edirəm.
İnanıram ki, ölkələrimiz
arasında qarşılıqlı
hörmət və etimad yalnız möhkəmlənəcək.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı
və çətin işinizdə yeni uğurlar, Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm.
Sizin
Leonid Kuçma
Ukrayna Prezidenti
(1994-2005-ci illərdə)
Azərbaycan.- 2016.- 26 oktyabr.- S.2.