Qətər
Dövlətinin Əmiri Əlahəzrət şeyx
Təmim bin Həməd Al
Taniyə
Əlahəzrət,
Qətər Dövlətinin keçmiş Əmiri, babanız şeyx Xəlifə bin Həməd Al Taninin vəfatı xəbəri məni son dərəcə kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar Sizə, ailənizin üzvlərinə, bütün Qətər xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, 25 oktyabr 2016-cı il.
Azərbaycan.- 2016.- 26 oktyabr.- S.2.