Pakistan İslam
Respublikasının Prezidenti Zati-aliləri
cənab Məmnun Hüseynə
Hörmətli cənab Prezident,
Kvetta şəhərindəki polis kollecində törədilmiş terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri məni olduqca kədərləndirdi.
Biz bu terror aktından son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı hamılıqla, qətiyyətlə və ardıcıl mübarizə aparılmasını vacib və zəruri hesab edirik.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.
Allah rəhmət eləsin!
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, 25 oktyabr 2016-cı il.
Azərbaycan.- 2016.- 26 oktyabr.- S.2.