Dünya bazarlarının yeni
brendi - “Made in Azerbaijan”
Yaxın zamanlarda ölkəmiz
nəinki regionda, dünya miqyasında keyfiyyətli məhsul ixrac edən önəmli dövlətə
çevriləcək
Bütün zamanlarda baş verən böhranlar bəşəriyyətin inkişafı
yolunda yeni imkanlar yaradıb, insanları təkmilləşməyə,
daha yaxşıya doğru dəyişməyə
və ortaya çıxan maneələri
aşmaqda yeni üsullar tapmağa məcbur edib. Böyük dövlətlərdə
həyata keçirilən
iqtisadi islahatlar öz müsbət nəticəsini verib.
Bu gün dünyada
gərginliklər, iqtisadi
böhran yenə də davam etməkdədir. Bu böhranlar fonunda dayanıqlı iqtisadi inkişafını təmin
edən Azərbaycanda
da islahatlar həyata keçirilməkdədir.
Prezident İlham Əliyevin ixracı stimullaşdırmaq,
idxaldan asılılığı
azaltmaq barədə ümumilikdə qeyri-neft iqtisadiyyatının inkişafına
xidmət edən sərəncam və fərmanları bu sahədə əsaslı
dönüş yaradıb.
İqtisadiyyatın müxtəlif sahələri
üzrə konkret proqramların, layihələrin
icrası onu deməyə əsas verir ki, əldə
ediləcək yüksək
məhsuldarlıq nəinki
daxili tələbatı
ödəməyə, həmçinin
yerli məhsulların
xarici bazara çıxarılmasına da
imkan yaradacaq.
Yeni iqtisadi siyasətin
əsas prioriteti
Dünya bazarında neftin qiymətinin ucuzlaşması
Azərbaycanda da iqtisadi inkişafın qeyri-neft relslərinə keçirilməsini sürətləndirib. Dövlət başçısı ilin
əvvəlində qeyri-neft
sektorunda rəqabətədavamlı,
ixrac potensialına malik məhsulların istehsalını Azərbaycanın
yeni iqtisadi siyasətinin əsas prioritetləri elan etmişdir. Bu səbəbdən də hazırda ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində
xüsusi əhəmiyyətə
malik iri fermer təsərrüfatlarının,
aqroparkların, texnoparkların,
intensiv metodlara əsaslanan müasir təsərrüfatların yaradılması
davam etdirilir. Hər bir rayon üzrə xüsusi inkişaf planı hazırlanır.
Dövlət fermerlərə dəstək
göstərir, subsidiyalar
ödəyir, gübrələr,
yanacaq güzəştlərlə
verilir. İnvestisiyalar qoyulur, texnikanın
alınmasına aqrolizinq
xətti ilə vəsait ayrılır.
Son illər ərzində
Sahibkarlığa Kömək
Milli Fondunun xətti ilə sahibkarlara 1 milyard manat həcmində güzəştli kreditlər
verilib. Bu il isə 200 milyon manatın verilməsi nəzərdə
tutulur.
Artıq Azərbaycanda dünya bazarlarında rəqabətə
girəcək müxtəlif
məhsullar ictimaiyyətə
təqdim edilir. Lakin xarici
bazarlara çıxarkən,
müəyyən problemlər
üzündən valyuta
itkisinə məruz qalırıq, yaxud da ki, məhsulumuzu
lazımınca təqdim
edə bilmirik. Məhz bu cür
problemlərin aradan qaldırılması üçün
Prezident İlham Əliyev təqdirəlayiq
addım atdı və xarici ölkələrə ixrac
missiyalarının təşkilinə,
xarici bazarların araşdırılması və
marketinq fəaliyyətinə,
“Made in Azerbaijan” brendinin xarici
bazarlarda təşviqinə,
yerli şirkətlərin
ixracla bağlı xarici ölkələrdə
sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf
proqram və layihələrinə çəkilən
xərclərin dövlət
büdcəsi hesabına
ödənilən hissəsinin
müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi
qaydasını təsdiqlədi
və müvafiq istiqamətdə işlərin
görülməsilə əlaqədar
fərman verdi.
Fərman qeyri-neft məhsullarının
istehsalının stimullaşdırılması
və ixracının
təşviqi sahəsində
həyata keçirilən
ən vacib addımlardan biri və demək olar ki, əhatə
dairəsinə görə
ən əhəmiyyətlisidir. Fərmanla
yerli məhsulların
xarici bazarlara çıxarılması işinin
təşkili, bazarların
araşdırılması, “Made in
Azerbaijan” brendinin xarici
bazarlarda təşviqinə
çəkilən xərclərin
dövlət hesabına
ödənilən hissəsinin
müəyyənləşdirilməsi qaydası və Azərbaycan mənşəli
qeyri-neft məhsullarının
ixracının stimullaşdırılması
ilə bağlı görülmüş işlər
barədə hesabat forması təsdiq edilib. Bundan başqa, yerli
şirkətlərin xarici
ölkələrdə ixracla
bağlı sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf
proqram və layihələrinə çəkilən
xərclərin də
müəyyən hissəsinin
dövlət hesabına
maliyyələşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi
qaydası öz əksini tapıb.
Nazirlər Kabinetinin 2016-cı ilin
doqquz ayının sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə həsr
olunmuş iclasında
çıxışı zamanı
bu məsələyə
toxunan Prezident İlham Əliyev dünyada “Made in Azerbaijan” brendinin
təbliğ olunmasının
vacibliyini qeyd etmişdir: “Biz artıq
“Made in Azerbaijan” brendini yaradırıq.
İndi xüsusi işlər gedir, vəsait ayrılıb. Bizim heyətlər
bütün ölkələrə
getməlidirlər, gəzməlidirlər,
təqdimatlar keçirməlidirlər”.
Dövlət başçısı bildirmişdir ki, bu gün bütün
şirkətlər, ölkələr
bazarlar uğrunda mübarizə aparırlar.
Ona görə, bu, yeni bir yanaşma
olmalıdır.
İnnovativ inkişafa qədəm
qoyan milli iqtisadiyyat
Yerli və dünya bazarında rəqabətqabiliyyətliliyin, istehsalın səmərəliliyinin
artırılması üçün
yeni texnologiyaların yaradılması və qabaqcıl texnologiyaların
cəlb edilməsi, elmtutumlu sahələrin artırılması ilə
milli iqtisadiyyat yeni mərhələyə
- innovativ inkişafa qədəm qoymuşdur. Uğurla həyata
keçirilən islahatların
nəticəsi olaraq
son illərdə Azərbaycanda
yüzlərlə sənaye
müəssisəsi tikilib
istifadəyə verilmiş,
ölkədə rəqabətədavamlı
məhsulların istehsalını
artırmaq məqsədi
ilə hazırda sənaye parklarının
və məhəllələrinin
təşkili işləri
davam etdirilir. Azərbaycanın rəqabətədavamlı, keyfiyyətli qeyri-neft məhsullarının istehsalı
və ixracı üçün böyük
potensialı var. Prezident
İlham Əliyevin həyata keçirdiyi islahatlar bu potensialı
daha da genişləndirir.
Dövlət başçısının
26 dekabr 2014-cü il tarixli sərəncamı ilə
“Azərbaycan Respublikasında
sənayenin inkişafına
dair 2015-2020-ci illər
üçün Dövlət
Proqramı”, 16 mart 2016-cı il tarixli sərəncamı
ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin
başlıca istiqamətləri”
təsdiq edilmiş və aidiyyəti qurumlara tapşırıqlar
verilmişdir. Orta və uzunmüddətli dövr üçün Azərbaycanın dayanıqlı
iqtisadi inkişafının
təmin edilməsi istiqamətində dövlət
başçısı İlham
Əliyevin qarşıya
qoyduğu hədəflərə
uyğun olaraq artıq bütövlükdə
milli iqtisadiyyat və onun əsas
prioritet sektorları üzrə “Strateji yol xəritəsi”nin hazırlanmasına
start verilib. Burada iqtisadiyyatın aparıcı
sahələri, habelə
zəruri iqtisadi infrastrukturun yaradılmasına
xidmət edəcək
dəstəkləyici sektorların
inkişaf strategiyasının
düzgün müəyyən
edilməsi, iqtisadi artımın dayanıqlılığının
təmin edilməsi əsas məqsədlərdəndir.
Kənd təsərrüfatının inkişafına
dövlət dəstəyinin
gücləndirilməsi, yeni
çağırışlara uyğun sahə üzrə strateji hədəflərin və
institusional dəyişikliklərin
müəyyən edilməsi
sahənin keyfiyyətcə
yeni mərhələyə
keçməsinin təməlini
qoymuşdur. Əhalinin ərzaq təhlükəsizliyinin
təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədi
ilə ölkədə
müasir aqroparklar və iri fermer
təsərrüfatları təşkil edilir. Ölkəmizin müxtəlif yerlərində
yaradılan sənaye parkları, istixanalar bol məhsulun yetişdirilməsində böyük
rol oynayırlar.
Dövlət gələcəkdə həm daxili tələbatın yerli istehsalla təmin edilməsi, eyni zamanda çox böyük ixrac imkanlarının yaranması
üçün kənd
təsərrüfatının, sənaye potensialının
inkişafını təmin
edir. Kənd təsərrüfatının inkişafına göstərilən
dövlət qayğısı
isə onu deməyə əsas verir ki, Azərbaycan
yaxın zamanlarda yerli məhsullarını
xarici bazarlara asanlıqla çıxara
biləcək. Respublikamızın qərb bölgəsinə
səfəri zamanı
dövlət başçısı
bu məsələyə
bir daha toxunaraq qeyd etmişdir ki, Azərbaycan nəinki regionda, dünya miqyasında kənd təsərrüfatı məhsullarını
ixrac edən çox önəmli ölkəyə çevriləcək.
Bunun üçün bütün
imkanlar var.
Dövlətin dəstəyilə həyata
keçiriləcək bu
tədbirlərdən sonra
Azərbaycanın istehsal
etdiyi məhsullar ayrı-ayrı dövlətlərin
əmtəələrilə rəqabətə girəcək,
“Made in Azerbaijan” brendi dünya
bazarlarında xüsusi
yer tutacaq. Bu da, əlbəttə ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafını
sürətləndirməklə yanaşı, ölkəmizə
əlavə valyutanın
daxil olmasına, yeni iş yerlərinin
açılmasına imkan
yaradacaq.
Rəşad BAXŞƏLİYEV,
Azərbaycan.- 2016.- 26 oktyabr.- S. 1,
3.