Azərbaycan ilə
Xorvatiya arasında əlaqələrin
inkişafı məsələləri müzakirə edilib
Oktyabrın
25-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov
ölkəmizdə rəsmi səfərdə olan Xorvatiya
Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə
görüşüb.
AZƏRTAC xəbər verir ki, Xorvatiya dövlətinin başçısı Kolinda Qrabar-Kitaroviç Azərbaycana səfərindən, Prezident İlham Əliyev ilə keçirdiyi görüşlərdən və ölkələrimiz arasında əməkdaşlığın inkişafına dair apardığı hərtərəfli müzakirələrdən dərin məmnunluq hissi keçirdiyini bildirib.
Görüşdə Azərbaycan
ilə Xorvatiya arasında ikitərəfli
və çoxtərəfli əlaqələrin
inkişafı, turizm, nəqliyyat, dinlərarası
və mədəniyyətlərarası dialoqun
təşviq edilməsi və digər sahələrdə əməkdaşlıq
məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Azərbaycan.- 2016.- 26 oktyabr.- S. 3.