Səfəri başa
çatıb
Xorvatiya
Respublikasının Prezidenti xanım Kolinda
Qrabar-Kitaroviçin Azərbaycan Respublikasına rəsmi səfəri
oktyabrın 25-də başa çatıb.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Xorvatiya Prezidenti
Kolinda Qrabar-Kitaroviçi
hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər
yola saldılar.
Azərbaycan.- 2016.- 26 oktyabr.- S.3.