Azərbaycan ilə
Şri-Lanka beynəlxalq təşkilatlar
çərçivəsində əməkdaşlıq edir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın
26-da Şri-Lanka Demokratik Sosialist Respublikasının ölkəmizdə
yeni təyin olunmuş fövqəladə və səlahiyyətli
səfiri Yakupitiya Kuruppu Araççic Rohanacitin etimadnaməsini
qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir Yakupitiya Kuruppu Araççic Rohanacit fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Yakupitiya Kuruppu Araççic Rohanacit etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Səfir Yakupitiya Kuruppu Araççic Rohanacit Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Maitripala Sirisenanın və Baş nazir Ranil Vikremesingenin salamlarını Prezident İlham Əliyevə çatdırdı. Ölkələrimiz arasında mədəni sahədə əlaqələrin mövcud olduğunu deyən səfir bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinin önəmini vurğuladı.
Azərbaycan ilə Şri-Lankanın dost ölkələr olduğunu deyən dövlətimizin başçısı hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq etdiyini qeyd etdi. Prezident İlham Əliyev ölkələrimiz arasında qarşılıqlı maraq doğuran bir sıra sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğuladı. İqtisadi sahədə əməkdaşlığa toxunan dövlətimizin başçısı bu istiqamətdə ticarət dövriyyəsinin həcminin artırılmasının qarşıda duran ən mühüm məqsəd olduğunu dedi. Prezident İlham Əliyev Azərbaycan-Şri-Lanka əlaqələrinin inkişaf etdirilməsi baxımından səfirin ölkəmizdəki diplomatik fəaliyyətinin uğurlu olacağına ümidvar olduğunu bildirdi.
Dövlətimizin başçısı Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti
Maitripala Sirisenanın və Baş nazir Ranil Vikremesingenin
salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Şri-Lanka
Prezidentinə və Baş nazirinə
çatdırmağı xahiş etdi.
Azərbaycan.- 2016.- 27 oktyabr.- S.2.