Azərbaycan ilə
Cənubi Afrika Respublikası arasında siyasi əlaqələr çox
yaxşı səviyyədədir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın
26-da Cənubi Afrika Respublikasının ölkəmizdə
yeni təyin olunmuş fövqəladə və səlahiyyətli
səfiri Pule İsaak Malefanenin etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir Pule İsaak Malefane fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Pule İsaak Malefane etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Azərbaycan Respublikası ilə Cənubi Afrika Respublikası arasında siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimizin iqtisadiyyat və ticarət sahələrində də əməkdaşlığı genişləndirməsinin zəruriliyini qeyd etdi.
Artıq bir neçə ildir Azərbaycanın Cənubi Afrika Respublikasında səfirliyinin fəaliyyət göstərdiyini bildirən Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi və biznes nümayəndələri üçün imkanların yaradılması baxımından səfirliklərin rolunu vurğuladı.
Səfir Pule İsaak Malefane ölkələrimiz
arasında mövcud əlaqələrin
gücləndirilməsi işində səylərini əsirgəməyəcəyini
bildirdi.
Azərbaycan.- 2016.- 27 oktyabr.- S.2.