İnsan orqanlarının
transplantasiyası və dərman vasitələrinin KİV-də
reklamı məhdudlaşdırılır
“İnsan orqan və toxumalarının transplantasiyası, eləcə
də dərman vasitələri ilə bağlı reklamlar tibb sahəsində ixtisaslaşmış mətbu
nəşrlərdə, eyni
zamanda tibb işçiləri və
əczaçılar üçün
keçirilən tədbirlərdə
reklam oluna bilər”. Bu müddəa
Milli Məclisin Səhiyyə komitəsinin
dünən keçirilən
iclasında “İnsan orqan (və ya) toxumalarının transplantasiyası haqqında”
və “Dərman vasitələri haqqında”
qanunlara dəyişikliklərin
müzakirəsi zamanı
səsləndirilib.
Komitənin sədri Əhliman
Əmiraslanov bildirib ki, “Dərman vasitələri haqqında”
qanuna əlavə edilməsi təklif olunan 16-1.4 maddəsinə
əsasən həkim
resepti olmadan buraxılan dərman vasitələrinin, tibbi təyinatlı texnikanın,
müalicə, profilaktika,
diaqnostika və reabilitasiya metodlarının
reklamvericisi reklam istehsalçısına və
reklam yayıcısına,
onların tələbi
əsasında müvafiq
icra hakimiyyəti orqanının akkreditasiya
olunmuş uyğunluğu
qiymətləndirən qurumu
və ya akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən
qurumlar tərəfindən
verilmiş sertifikatların,
dərman vasitəsinin
dövlət qeydiyyatına
alınmasını təsdiq
edən qeydiyyat vəsiqəsinin, dərman
vasitəsindən istifadəyə
dair təlimatın, təlimatda dərman vasitəsinin buraxılması
qaydası göstərilmədiyi
hallarda müvafiq məlumat olan sənədin, mənşə
sertifikatının, reklamda
istinad olunduqda, tədqiqatların nəticələrini
təsdiq edən sənədin surətlərini
təqdim etmək lazımdır. Həmçinin dərman vasitələrinin
pulsuz paylanması, satışı, ödənişli
və ya ödənişsiz xidmətlərin
göstərilməsi ilə
müşayiət olunan
reklam aksiyalarının
keçirilməsi qadağandır.
“İnsan orqan (və ya) toxumalarının
transplantasiyası haqqında”
qanun layihəsinə təklif olunan dəyişikliyə gəldikdə
isə, qeyd edildi ki, insan
orqan və toxumalarının transplantasiyası,
eləcə də dərman vasitələri ilə bağlı reklamlar tibb sahəsində ixtisaslaşmış
mətbu nəşrlərdə,
eyni zamanda tibb işçiləri və əczaçılar
üçün keçirilən
tədbirlərdə reklam
oluna bilər.
Qeyd edək ki, hər
iki qanun layihəsinə təklif olunan əlavələr “Reklam haqqında” 2015-ci il 15 may tarixli
qanuna uyğunlaşdırma
məqsədi daşıyır.
Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edildi.
Sonra “Psixoloji
yardım haqqında” qanun layihəsi təqdim edildi. Birinci oxunuşda
müzakirəyə çıxarılan
layihə 7 fəsil 23
maddədən ibarətdir.
Qanun layihəsində psixoloji yardımla bağlı qaydalar, tələblər,
şərtlər və
bundan irəli gələn məsuliyyət
növləri göstərilir.
Sənəddə qeyd olunur ki, psixoloji yardımın
göstərilməsi könüllülük,
konfidensiallıq, qanunçuluq,
humanistlik, insan və vətəndaş hüquq və azadlıqlarına əməl
edilməsi prinsipləri
əsasında həyata
keçirilir.
Qanun layihəsi
birinci oxunuş üçün Milli Məclisin plenar iclasına tövsiyə edildi.
Elgün MƏNSİMOV,
Azərbaycan.- 2016.- 27
oktyabr.- S. 4.