Azərbaycanda kulturologiya elminin
yaradıcısı
Hər bir elmin seçilən, yaddaqalan, onun müəyyən sahəsinə
möhürünü vuran
alimləri daim xatırlanır. Bu mənada
“Kulturologiya” elmindən
danışanda ən
əvvəl göz önünə professor Fuad
Məmmədov gəlir.
Görkəmli alim respublikanın
elmi ictimaiyyətinə,
mədəni həyatına
yaxşı tanışdır.
Təkcə ölkəmizdə deyil, onun hüdudlarından
çox-çox uzaqlarda
da F.Məmmədovun əsərləri, kulturologiya
elmi sahəsindəki xidmətləri yüksək
səviyyədə qiymətləndirilir.
Respublikada kulturologiya elminin
patriarxı sayılan
Fuad müəllim bu elmin dəyərini
və vacibliyini həm xalqına çatdırır, həm
də işgüzarlığı,
elmə gətirdiyi yeniliklər ilə özü də ucalır.
Fuad Məmmədov
gənc yaşlarından
elmin enişli-yoxuşlu
yollarından keçmişdir. Alimi tanıyanlar
yaxşı bilirlər
ki, o, kulturologiyanı
ölkəmizdə qəbul
etdirənə qədər
nə qədər sipərləri dəf etməli olmuşdur.
1985-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir.
Həmin
vaxta qədər o,
60-a yaxın tədqiqatın
müəllifi olmuşdur
ki, həmin tədqiqat işləri də bugünə kimi yerli və
xarici alimlərdə böyük maraq doğurmuşdur.
Professorun əmək fəaliyyətinin
böyük bir hissəsi Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlı olmuşdur. Belə ki,
o, bu sistemdə müxtəlif vaxtlarda kiçik elmi işçi, böyük
elmi işçi, şöbə müdiri vəzifələrində çalışmışdır.
Hələ sovet dönəmində
Azərbaycan elminin tarixinə həsr olunmuş 60-dan artıq ekspozisiya sərgisi təşkil edilmişdir ki, bunun da
sayəsində Azərbaycan
alimləri SSRİ Xalq
Təsərrüfatı sərgisinin
və bir sıra xarici ölkələrin 200-dən artıq
medal və diplomlarını
almışdır. Gənc alimin
bacarığına güvənərək
ona elm-tarixi muzeyinin, elm-tarixi və nəzəriyyəsi
mərkəzinin layihələrinin
hazırlanması həvalə
edilmişdir. Akademiya sistemində
çalışdığı müddətdə ictimai əsaslarla Fuad Məmmədov AMEA-nın sərgi işləri üzrə Elmi Şurasının katibi vəzifəsini də uğurla yerinə yetirmişdir. Görkəmli alim 1974-1990-cı illərdə
Azərbaycan Tarix Muzeyinin “Bilik” Cəmiyyətinin sədri,
Elmlər Akademiyasının
“Bilik” Cəmiyyətinin
sədr müavini, “Azərbaycanın ən yeni tarixi” problemi
üzrə Elmi Şuranın üzvü seçilmişdir.
Ötən əsrin 70-80-ci illərində
F.Məmmədov elmi-təşkilati
və ictimai fəaliyyətinə görə
SSRİ XTS-nin gümüş,
bürünc medallarına,
diplomuna, respublika və SSRİ-nin “Bilik” Cəmiyyətinin döş nişanına layiq görülmüş,
Sov.İKP MK-nın,
SSRİ Nazirlər Sovetinin,
Ümumittifaq Həmkarlar
İttifaqı Mərkəzi
Şurasının və
ÜİLKGİ MK-nın fəxri
fərmanları ilə
mükafatlandırılmışdır.
1989-cu ildən Fuad
Məmmədov tədqiqatlarını
Azərbaycanda kulturologiya
sahəsinə yönəltmişdir. İndiyədək bu elmin ilk pioneri
kimi respublikada yaddaqalan işlər görür. O, dünya
mədəniyyəti və
sivilizasiyasının tarixi
və nəzəriyyəsi
sahəsində cəsarətli
innovativ tədqiqatlar aparır və dəyərli elmi nəticələr əldə
edir. Azərbaycan elmində bu,
yeni istiqamət demək idi.
Özünün yorulmaz və ümumi amallara xidmət edən uğurlu fəaliyyəti ilə ölkəmizdə
elmin, təhsilin, mədəniyyətin, o cümlədən
cəmiyyətin inkişafına
layiqli töhfələr
verən professor Fuad Məmmədov indiyə qədər 200-dən artıq
elmi əsərin, habelə 11 kitabın müəllifi və tərtibçisidir. Bu baxımdan onun dünya miqyasında böyük rezonans yaradan “Kulturologiya” (Bakı, 2002), “Kulturologiya effektiv həyat fəaliyyətinə aparan
yol kimi” (Bakı, 2006) və “İdarəetmə mədəniyyəti,
xarici ölkələrin
təcrübəsi” (Bakı,
2009) fundamental monoqrafiyalarını xüsusilə qeyd etmək lazımdır.
Adıçəkilən son monoqrafiyanın əsasında alimin özü tərəfindən
hazırlanmış ilk innovativ
kurs - “İdarəçilik
mədəniyyəti” 10 ilə
yaxındır Azərbaycan
Respublikasının Prezidenti
yanında Dövlət
İdarəçilik Akademiyasında
uğurla tədris olunur.
Professor Fuad Məmmədovun
bir qayda olaraq fundamental elmi əsərləri Azərbaycan
hüdudlarından kənarda
da görkəmli alim, mütəxəssis və diplomatlar tərəfindən yüksək
qiymətləndirilir, mühazirələri
və elmi araşdırmaları həmişə
diqqəti cəlb edir. Məhz buna görə də onun əsərləri Rusiya, ABŞ, Almaniya, Birləşmiş Krallıq,
Çin, Avstriya, Fransa, Macarıstan, Estoniya və dünyanın bir sıra qabaqcıl ölkələrinin dövlət
kitabxanalarında, eyni
zamanda Avropa Şurası, BMT, UNESCO, Roma Klubu,
Amerika Konqresi kimi nüfuzlu qurumların kitabxanalarında
saxlanılır və
onlara mühüm mənbə kimi tez-tez istinad edilir. Azərbaycanın milli maraqlarını daim ön planda
saxlayan professor Rusiya,
ABŞ, Almaniya, Norveç,
Fransa, Cənubi Koreya, Tailand, Misir, Yunanıstan, Türkiyə, İran, Kosta-Rika, Rumıniya, Macarıstan və başqa ölkələrdə
beynəlxalq konfranslarda,
simpoziumlarda, müxtəlif
cəmiyyətlərdə və
səfirliklərdə Azərbaycan
elmini layiqincə təmsil etmişdir. Onun adı 2000-ci ildə Avropa Şurasının Mədəniyyət Siyasəti
üzrə Ekspert Şurasının siyahısına
daxil edilmişdir.
Professor Fuad Məmmədov
həm də görkəmli pedaqoqdur. 1999-cu ildən bugünə kimi Fuad müəllim
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının Tarix
kafedrasının professoru
vəzifəsində çalışır.
O, Dövlət İdarəçilik
Akademiyasının və
Bakı Rəssamlıq
Akademiyasının Dissertasiya
Müdafiə Şurasının
üzvüdür.
Fuad müəllim
səmimi və xeyirxah insandır. Tələbələr və müdavimlər arasında yüksək nüfuza malikdir. Kulturologiya və idarəetmə sahəsində müxtəlif
ixtisaslar üzrə kadrların hazırlanmasında
böyük xidmətləri
vardır.
Professor Fuad Məmmədov
ölkəmizdə ictimai
xadim və elm sahəsində maarifçi
kimi yaxşı tanınır. “Simurq”
Azərbaycan Mədəniyyət
Assosiasiyasının prezidentidir,
Azərbaycan Kulturoloqlar
Cəmiyyətinin sədridir,
“Mədəniyyət və
Cəmiyyət” daimi kulturoloji seminarın elmi rəhbəridir, “İdrak” kulturoloji televiziya verilişinin müəllifi və aparıcısıdır. Onun 22 illik fəaliyyəti
və rəhbərliyi
altında Azərbaycan
və dünya mədəniyyətinin tarixi
və nəzəriyyəsi
məsələlərinə həsr olunmuş 300-dən
artıq yerli, regional,
milli və beynəlxalq səviyyəli
seminarlar, treninqlər,
konfranslar, “dəyirmi masa”lar keçirilmişdir.
Görkəmli alim, professor Fuad Məmmədovun 70 yaşı
tamam olur. Dəyərli alimə böyük uğurlar diləyirik.
Musa QULUZADƏ,
Azərbaycan
Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik
Akademiyasının professoru,
tarix elmləri doktoru
Azərbaycan.- 2016.- 27 oktyabr.- S.7.