“Əli və Nino” filmi Los-Ancelesdə nümayiş etdirilib
Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihə rəhbəri və icraçı prodüseri
olduğu “Əli və Nino” bədii filmi ABŞ-ın Los-Anceles şəhərində
keçirilən Asiya
Filmləri Dünya Festivalı çərçivəsində
sənətsevərlərə təqdim edilib.
Oktyabrın 24-də sözügedən festivalın
ilk açılış filmi
kimi nümayiş etdirilən film tamaşaçılar
tərəfindən böyük
rəğbətlə qarşılanıb.
Bu barədə AZƏRTAC-a Azərbaycanın Los-Ancelesdəki
baş konsulluğundan
məlumat verilib.
Azərbaycanın Los-Ancelesdəki baş
konsulluğunun dəstəyi
ilə keçirilən
nümayişdə Hollivud
kino sənayesinin tanınmış nümayəndələri,
“Oskar” və “Emmi” mükafatçıları və
nominantları, müxtəlif
kino prodüserləri,
rejissorları, aktyorları
və digər şəxslər iştirak
ediblər. “Əli
və Nino” filminin nümayişinə olan böyük ictimai maraq festival təşkilatçılarının
ikinci kinozalı açaraq tamaşaçıların
ixtiyarına verməsinə
səbəb olub.
Filmdəki Əli rolunun
ifaçısı Adam Bakri
də nümayişdə
iştirak edib.
Tədbirdə çıxış edən Azərbaycanın
Los-Ancelesdəki baş
konsulu Nəsimi Ağayev Azərbaycanın
müasir tarixi, o cümlədən XX əsrdə
iki dəfə müstəqillik əldə
etməsi, müsəlman
dünyasında ilk dünyəvi
demokratik respublika qurması və qadınlara ABŞ-dan da əvvəl səsvermə hüququ verməsi barədə danışıb. “Əli və Nino” əsərinin yüksək
tarixi və mənəvi dəyərlərindən
danışan diplomat bildirib
ki, bu əsər
nəinki iki gəncin ülvi məhəbbətindən, eləcə
də Azərbaycan xalqının müstəqillik
uğrunda apardığı
mübarizədən və
ölkəmizin qədim
tolerantlıq və multikulturalizm ənənələrindən
bəhs edir. Əsərin yüksək
ustalıqla ekranlaşdırıldığını
qeyd edən baş konsul belə bir möhtəşəm
film layihəsinin ərsəyə
gəlməsinin Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Fondun vitse-prezidenti və filmin icraçı prodüseri Leyla Əliyevanın hərtərəfli
dəstəyinin nəticəsində
mümkün olduğunu
bildirib. Hollivudun məşhur nəşrlərindən
olan “Variety” jurnalının,
“Sony” şirkətinin və
hər il “Qızıl kürə” mükafatının sahiblərini
müəyyənləşdirən nüfuzlu Hollivud Xarici Mətbuat Assosiasiyasının rəsmi
tərəfdaşlar olduqları
festivalın açılış
filmi kimi “Əli və Nino” filminin seçilməsinin
təqdirəlayiq hal olduğunu qeyd edən N.Ağayev vurğulayıb ki, bu, filmin yüksək
keyfiyyətinin və dəyərinin bariz göstəricisidir.
Qeyd edək ki, Kaliforniyada
səfərdə olan Bakı şəhəri
Nəsimi Rayon İcra
Hakimiyyətinin başçısı Asif
Əsgərov, Azərbaycan Respublikası Milli
Məclisinin deputatı Asim Mollazadə və
Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev də
nümayişdə iştirak edərək
bu əvəzsiz ekran
əsərinə tamaşa ediblər.
Azərbaycan.- 2016.- 27 oktyabr.- S.8.